reklam
USD
4 ℃
EUR
BAKI

İndoneziya parlamentində Xocalı ilə bağlı bəyanat verildi

REPORTAJ / 17.02.2021 20:10
İndoneziya parlamentində Xocalı ilə bağlı bəyanat verildi


İndoneziya Respublikasının Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Məhəmməd İqbal Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar qrupun adından bəyanat verib.
Bəyanatda 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi qətliama məruz qaldığı, qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü qeyd olunub.

Qrup Xocalı qətliamının insanlıq tarixində böyük bir ləkə olduğunu, bu faciəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmalı olduğunu vurğulayıb. Habelə, Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifəsi olan, 29 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı qətliamının qurbanlarının xatirəsinin qrup tərəfindən dərin kədər və təəssüf hissi ilə yad edildiyi, sözügedən qətliam nəticəsində həlak olanlara Allahdan rəhmət dilədikləri, onların ailə üzvlərinə və Azərbaycan xalqına başsağlığı verildiyi qeyd olunub.

Qrup bir daha dünyanın heç bir yerində bu cür bəşəriyyət əleyhinə cinayətin törədilməməsi üçün Xocalıda həlak olan insanların yad edilməsini və Xocalıda törədilən dəhşətli cinayətlərin yadda saxlanılmasını vacib hesab edib. Qrup, həmçinin, hesab edir ki, Xocalı qurbanları hər kəsə sülhün dəyərini xatırladır.

Bəyanatda o cümlədən Xocalı qətliamının 29-cu ildönümü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni beynəlxalq sülh səylərinin başladılması üçün fürsət olaraq qiymətləndirilib, Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirərək, öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa və bir milyon azərbaycanlı qaçqının evlərinə qayıtmasına çağırış edilib.


Oxunub: 397






SON XƏBƏRLƏR

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image

01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim