reklam
USD
26 ℃
EUR
BAKI

Naxçıvanda maska niyə taxmırlar? - AÇIQLAMA

CANLI TV / 18.02.2021 21:54
Naxçıvanda maska niyə taxmırlar? - AÇIQLAMA


Hazırda respublika üzrə koronavirusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə edilir. Rəsmi məlumata görə, respublika üzrə ən çox yoluxma 52,2 %-lə Bakıda, ən az yoluxma isə 0,05 %-lə Naçıvandadır.

Bakı əhalisinin sərt karantin qaydalarından təngə gəldiyi bir vaxtda Naxçıvana səyahət edənlər orada karantin rejimin tətbiq olunmadığını, orta və ali məktəblərdə dərslərin ənənəvi qaydada tədris olunduğunu, açıq və qapalı məkanlarda insanların maska taxmadığını, toy və yas mərasimlərinin hərzamankı kimi qeyd edildiyini bildirirlər.

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda COVID-19 virusuna yoluxmanın az olmasına səbəb nədir? Buna necə nail olunub? 

Naxçıvanı Milli Məclisdə təmsil edən deputat Eldar İbrahimov deyib ki, rayonda yoluxmanın azlığı əhalinin nizam-intizamlı olması ilə birbaşa bağlıdır:

"Naxçıvanda əvvəldən tətbiq edilən bütün qaydalara hamı bir nəfər kimi riayət etdi. Ona görə də indi hamı rahat şəkildə işinə gedir, təhsilinə davam edir, xəstəlik də azdır. Bakıda isə insanlar maska taxılmağın vacib olduğu vaxtda taxmadılar. Bir də görürsən ki, maskanı çıxarıb saatlarla ünsiyyətdə olurlar, deyirlər "heç nə olmaz”. Naxçıvanda insanlar məsuliyyətlidir, özlərini qoruyurlar. Üstəlik respublika rəhbərliyi bu məsələyə çox ciddi yanaşır. Naxçıvan Ali Məclisi tərəfindən elə bir şərait yaradılıb ki, həm qaydalara əməl olunur, həm də nəzarət yetəri səviyyədədir”.

Deputat həmçinin deyib ki, Naxçıvanın havası da bu məsələdə mühüm rol oynayıb:

"Naxçıvanın havası təmiz və qurudur. İnsanların bronxları, ağciyəri, ürəyi üçün tam lazım olan havadır. Düşünürəm ki, bu da yoluxmanın az olmasında rol oynayıb”.

E.İbrahimov ötən ilin yay aylarında Naxçıvanda yoluxmannın kəskin artması və hətta xəstəxanalarda yer olmaması barədə məlumatları təkzib edib:

"Naxçıvanda yoluxma heç vaxt nəzarətdən çıxan hala gəlməyib. Yəni belə şey olmayıb. Naxçıvanda hər zaman təbliğat və nəzarət tədbirləri güclü olub. O nəzarətə və məsuliyyət hissinə görə, hazırda muxtar respublikada xəstəlik olduqca azdır. Mən sonuncu dəfə orada ötən ilin may ayında olmuşam. Bildiyiniz kimi, sonradan gediş-gəliş dayandırıldı. Amma qarşıdakı mart ayında Naxçıvana gedəcəyəm. Ümid edirəm ki, o vaxtadək paytaxtda da yoluxma minimuma enər”.


Oxunub: 327






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim