reklam
USD
17 ℃
EUR
BAKI

Səhiyyə İdarəsindən 1 milyonluq şübhəli tender - FAKTLAR

CANLI TV / 18.02.2021 21:56
Səhiyyə İdarəsindən 1 milyonluq şübhəli tender - FAKTLAR


Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduqları dövlət satınalmalarında qanun pozuntularının, maxinasiyaların, şübhəli halların olması barədə dəfələrlə yazılıb. 
 
"carciTV" xəbər verir ki, bu cür şübhəli satınalmadan daha birini Bakı Şəhər Baş Səhiyyə İdarəsi həyata keçirib. 
 
Qeyd edək ki, Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə (əlavə bölümdə liftlərə texniki xidmət göstərilməsi) sifarişçi olduğu satınalmanın məbləği 999.743 manat təşkil edir. 
 
Tenderin qalibi "Avanqard AN Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. 
 
Dövlət qurumu ilə "Avanqard AN Servis"  MMC arasında imzalanan satınalma müqaviləsinin predmetlərinə görə 7 nömrəli Şəhər poliklinikası üzrə 2, 9 nömrəli Uşaq poliklinikası üzrə 1, 10 nömrəli Qadın məsləhətxanası 1 və 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının isə 1 liftinə bir illik xidmət nəzərdə tutulub. 
 
Dörd obyekt üzrə 5 liftə göstərilən illik texniki xidmət ölkənin xidmət sahəsindəki qiymətlərlə müqayisədə fantastik görünməklə yanaşı, eyni zamanda müqavilə bağlanan şirkətin fəaliyyəti də xeyli dərəcədə şübhəlidir. 
 
Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin sözügedən satınalmada qoyduğu şərtlərdən biri də "Dövlət Satınalmaları Haqqında" Qanuna uyğun olaraq Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayışdır. Lakin "Avanqard AN Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin bu günə olan vergi borcu 9821 manat təşkil edir. 
 
Bundan başqa 10 manat nizamnamə kapitalı olan "Avanqard AN Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət profili və hansı lisenziyalara malik olması barədə məlumatlar yoxdur. 
 
Valyuta.Az "Avanqard AN Servis" MMC-nin qanuni təmsilçisi Rzaquliyev Elvin İlqar oğlu barədə isə daha ilginc məlumatlar əldə edib. 
 
Əslən Ağdam rayonundan olan, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov 42 ünvanında qeydiyyatda yaşayan Rzaquliyev Elvin İlqar oğlunun adına çoxsaylı MMC-lər rəsmiləşdirilib. 
 
Elvin Rzaquliyev "Avanqard AN Servis" MMC ilə yanaşı, Risno-CMN MMC, "ASCARİ-CMN” (VÖEN: 2904754261) və "VERTU-CMN” (VÖEN: 2904754391) MMC-lərin qanuni təmsilçisidir. Hər üç MMC 2018-ci ilin fevral ayının 1-də qeydiyyata alınıb.

"Vertu CMN” MMC 2018-ci ilin dekabr ayının 17-də Bakı Şəhər Baş Səhiyyə İdarəsinin sifarişçisi olduğu "Proqram təminatı” adlı 1 lot üzrə 51850 (əlli bir min səkkiz yüz əlli) manatlıq tenderin qalibi olub. Hər üç MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, 4-cü mkr, ev 26, mənzil 8-dir.
 
Bu şəxsin adına olan MMC-lər neçə illərdir ki, dövlət satınalmalarında mütəmadi iştirak edir və qalib elan olunur. 
 
Burada daha ilginc məqam isə hüquqi qeydiyyatda olduğu ünvanda heç kimin tanımadığı Rzaquliyev Elvin İlqar oğlunun adının müxtəlif illərdə bir sıra cinayət işlərində hallanmasıdır.
 
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin sifarişçisi olduğu tenderin qalibi "Avanqard AN Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınan zaman MMC-nin qanuni təmsilçisinin xuliqanlıq cinayətinə görə həbsə alındığı barədə xəbərlər dərc edilib. 
 
Məsələ ilə bağlı Bakı Şəhər Baş Səhiyyə İdarəsi ilə əlaqə saxlayıb münasibət öyrənməyə çalışsaq da, idarənin 596-06-83 (Rəis) , 596-42-06 (rəis müavini), 595-38-26 (Rəis müavini) nömrələrindən edilən zənglərimizə cavab verilmədi. 
 
Adıçəkilən qurumlar münasibət bildirə bilərlər.


Oxunub: 323






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim