reklam
USD
5 ℃
EUR
BAKI

Meriyaya 6,5 milyonluq nəqliyyat vasitəsi satan şirkət kimindir?

CANLI TV / 18.02.2021 22:02
Meriyaya 6,5 milyonluq nəqliyyat vasitəsi satan şirkət kimindir?


Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi və Bakı şəhər Fəvvarələrin İstismar İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi "Az-Tex-İmort” MMC (VÖEN-2004502101) olub.

 "Az-Tex-İmort” MMC Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə bu quruma nəqliyyat və xüsusi texnikalar satacaq.

"Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi "Az-Tex-İmort” MMC-yə 754 manat 997 manat 4 qəpik, Fəvvarələrin İstismar İdarəsi isə 967 min 775 manat 82 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, "Az-Tex-İmort” MMC 19.07.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 226 min 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Telnov, ev 2347/48, m. 290-da yerləşir. Qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur.

Samir İbadullayevin qanuni təmsilçisi olduğu daha bir şirkət 06.10.2016-cı il tarixində Nizami rayonu, Qara Qarayev, ev 66 m.25 ünvanda qeydiyyata alınan "Arletta” MMC-dir.

Qeyd edək ki, açıq internet resurslarda barəsində hər hansı bir məlumat olmayan "Az-Tex-İmort” MMC son bir neçə ay ərzində Bakı şəhər İcra Hakimiyyəti, "Bakubus” və Bakı Nəqliyyat Agentliyinin keçirdiyi çoxsaylı tender müsabiqələrinin qalibi olub.

"Az-Tex-İmort” MMC son bir neçə ayda:

- "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə - 754 min 997 manat 4 qəpiklik,

- Bakı şəhər Fəvvarələrin İstismar İdarəsinə (15.01.2021) - 967 min 775 manat 82 qəpiklik,

- Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinə (10.02.2020) - 945 min 180 manatlıq,

- Yaşıllaşdırma Təəsrrüfatı Birliyinə (09.12.2020) - 717 min 773 manat 94 qəpiklik,

- Mənzil Kommunal Təsərrüfatı Birliyinə (04.01.2021) - 980 min 914 manatlıq,

- 3 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinə (12.01.2021) - 912 min 820 manatlıq,

- "Bakubus” MMC-yə (03.12.2020) - 6 milyon 869 min 236 manat 83 qəpiklik,

- Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə (08.12.2020) - 158 min 120 manatlıq,

- "Bakubus” MMC-yə (01.12.2020) - 2 milyon 888 min 493 manat 69 qəpiklik,

- Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə (05.02.2021) - 988 min 722 manatlıq,

- Bakı Nəqliyyat Agentliyinə (05.05.2020) - 294 min 900 manatlıq müxtəlif təyinatlı nəqliyyat vasitələri satıb.


Oxunub: 358






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim