reklam
USD
26 ℃
EUR
BAKI

QİÇS Mərkəzindən növbəti tender maxinasiyası - FAKTLAR

CANLI TV / 18.02.2021 22:20
QİÇS Mərkəzindən növbəti tender maxinasiyası - FAKTLAR


Respublika QİÇS-lə Mübarizə Mərkəzi fevralın 12-də malların özünəməxsus çap və hazırlanması üzrə satınalma müsabiqəsinə yekun vurub. 

"carciTV" xəbər verir ki, məbləği 164 min 900 manat olan olan tenderi "DEKOMA QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb.

Tenderin şərtlərinə görə, 85000 təqvim - stolustu 12 aylıq və səhifəlik (spirallı, xüsusi loqolu, A5 300 qr kağızda və laminasiyalı), 85000 cib bloknot- qələmli (100 vərəqli ,100 qr kagiz), 85000 cib təqvimi (350 qr xüsusi loqolu laminasiyalı) tədarük olunacaq. 

Qeyd edək ki, müsabiqənin qalibi olan "Dekoma Qrup” MMC 17.12.2020 tarixində yaradılıb. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.96 m.17 ünvanında yaradılan şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Günel Qəmbərovadır. 

Qəmbərova Günel Oqtay qızının qanuni təmsilçisi olduğu daha bir şirkət ötən ilin dekabrın 22-də yaradılıb. Belə ki, "ALTEKS LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüququ ünvanı "Dekoma Qrup”la eynidir. 

Maraqlıdır ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fevralın 8-də keçirdiyi birdəfəlik kontraseptivlərin satın alınması müsabiqəsində də qalib yeni yaradılan şirkət olmuşdu. Məbləği 199 min 500 manat olan tenderi qalibi "KİP SERVİS" MMC olmuşdu.

Bu isə o deməkdir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi satınalmalar haqqında qanunvericiliyi 4 gün ərzində 2 dəfə kobud şəkildə pozub. Belə ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 

Tenderin başlamasından, yəni 12.01.2021-ci il tarixindən cəmi 1 ay əvvəl yaradılmış şirkətin müsabiqədə qalib elan olunması şübhələrə əsas verir...

Qeyd edək ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi bir neçə gün əvvəl birdəfəlik kontraseptivlərin satın alınması ilə bağlı müsabiqəyə də yekun vurmuşdu.

Qaynarinfo xəbər verir ki, məbləği 199 min 500 manat olan tenderin qalibi "KİP SERVİS" MMC olub.
 
Tenderin şərtlərinə görə, 50 min ədəd qoruyucu gigiyenik vasitə N3 (xüsusi gigiyenik sertifikatlı ve son istifadə müddəti 2024 ilədək) mərkəzə veriləcək. Yəni, bir ədədi təxminən 4 manata.

halbuki Bakının ən məşhur apteklərində 2024-cü ilədək istifadə müddəti olan qoruyucu gigiyenik vasitə N3-ün pərakəndəsatış qiymətləri belə  2-3,5 manat arası dəyişir. Topdansatış qiymətləri ən azı 25 faiz aşağı olmalı olduğu hald nədənsə tenderdə 2 dəfə baha qiymət qalib elan edilib.

Maraqlıdır ki, 2020-ci ilin mart ayında QİÇS-lə Mübarizə Mərkəzi "Asavem” şirkətindən həmin məbləğdə (199,5 min manat) bu məhsuldan 120 min qutu alıb (1 qutu 1,66 manata). Həmin ilin iyul ayında QİÇS-lə Mübarizə Mərkəzi və "Alkon-111” MMC arasında bir qutusu 1,52 manata olan 40 min prezervativin alınmasına dair müqavilə imzalanıb.


Oxunub: 456






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim