reklam
USD
2 ℃
EUR
BAKI

Xırdalanda hər ay əhalidən “qoparılan” 40 min hara gedir? - Ekspert

XƏBƏR / 18.02.2021 22:30
Xırdalanda hər ay əhalidən "qoparılan” 40 min hara gedir? - Ekspert 


Xırdalanda əhalidən məişət tullantılarının yığılması və daşınması tarifləri artırılıb. 

"carciTV" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib. O bildirib ki, hazırda adambaşına zibil pulu aylıq 50 qəpikdir:

"Halbuki Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli qərarına əsasən, adambaşı aylıq 30 qəpik olmalıdır. Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Yığım işini JEK-lər həyata keçirir. O JEK-lər ki, statusu Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənmir. Şəhərdə yaşayan əhalinin sayı barədə dəqiq məlumat yoxdur. Abşeron RİH-in məlumatına görə, rayonda ümumilikdə rəsmi olaraq 200 mindən, reallıqda isə 350 mindən çox əhali yaşayır. Adambaşı 20 qəpik artıq yığım ayda ən azı 40 min manat edir. Bu vəsait hara gedir və necə rəsmləşdirirlir?”. 

Ekspert Xırdalan sakinlərinə müraciət edib:

"Zibilə görə adambaşı 30 qəpikdən artıq pul verməyin”.
 
Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, zibil pulunun artırılması ilə bağlı məlumatın heç bir hüquqi əsası yoxdur:

"Dövlət tərəfindən müəyyən edilmiş qiymətdir, heç bir artımdan söhbət gedə bilməz. Hazırda zibil pulu adam başına hesablanır və 30 qəpikdir”.


Oxunub: 354






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim