reklam
USD
2 ℃
EUR
BAKI

AMEA-da 8 şöbə ləğv olundu - SİYAHI

XƏBƏR / 18.02.2021 22:44
AMEA-da 8 şöbə ləğv olundu - SİYAHI


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun strukturunda dəyişikliklər edilir.

"carciTV"  "Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ institutun elmi şurasının iclasında müzakirə edilib və təsdiqlənib. Qərara əsasən, institutun 8 şöbəsi ləğv olunur.

Qeyd olunub ki, hazırda institutda 28 struktur vahid var və onlardan 19-u elmi tədqiqat şöbələri, 9-u isə texniki şöbələrdir. İnstitutun 4 otağında hər birində iki şöbə olmaqla 8 şöbənin yerləşməsinin elmin inkişafına maneçilik törətdiyi kimi qiymətləndirilib.

Ləğv edilən şöbələr aşağıdakılardır:

1) Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi

2) Azərbaycan sənətkarlıq tarixi şöbəsi

3) Azərbaycan mədəniyyəti tarixi şöbəsi

4) Qafqaz tarixi şöbəsi

5) Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsi

6) Azərbaycanın tarixi demoqrafiyası şöbəsi

7) Azərbaycan diasporu şöbəsi

8) Ümumi tarix şöbəsi

Eyni zamanda mövcud Mənbəşünaslıq və tarixşünaslıq şöbəsi "Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsi kimi, Qarabağ tarixi şöbəsi isə "Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi kimi yenidən təşkil olunacaq. Bundan əlavə, institutda "Siyasi partiyalar və ictimai təşkilatların tarixi" şöbəsi yaradılır.

Belə ki, təklif olunan dəyişikliklərdən sonra institutun elmi-tədqiqat şöbələrinin yeni strukturu belə olacaq:

1)Azərbaycanın qədim tarixi şöbəsi

2) Orta əsrlər tarixi şöbəsi

3)"Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi

4) Yeni tarix şöbəsi

5) Xalq Cümhuriyyəti tarixi şöbəsi

6) Sovet dövrü tarixi şöbəsi

7) Azərbaycan Respublikasının tarixi şöbəsi

8) Əliyevşünaslıq şöbəsi

9) Azərbaycanın tarixi coğrafiyası şöbəsi

10) "Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsi

11) Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi

12) Beynəlxalq münasibətlər tarixi şöbəsi

Beləliklə, struktur dəyişikliklərinə uyğun olaraq, şöbələrin sayı 19-dan 12-yə endirilir. Bundan sonra şöbələrin daxilində bölmələr də ləğv olunur. Bu dəyişikliklər nəticəsində şöbələrin otaq və texniki təminatında müəyyən dərəcədə yaxşılaşma olacağı gözlənilir.


Oxunub: 371






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim