reklam
USD
15 ℃
EUR
BAKI

Mənsimov Silivri həbsxanasından gəmilərinə göndərdiyi məktubda nə yazıb?

REPORTAJ / 18.02.2021 22:59
Mənsimov Silivri həbsxanasından gəmilərinə göndərdiyi məktubda nə yazıb?


FETÖ ittihamı ilə hazırda Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovun "Palmali” şirkətinə məxsus 12 gəmidə çalışan 150-ə yaxın işçiyə ödənilməli əməkhaqqı borcunun həcmi 3,2 milyon dolları ötüb.

Türkiyə mətbuatı xəbər verir ki,  "Palmali Holdinq”in gəmilərində qalan dənizçilər aclıq aksiyasına başlayıblar. Onlar aylardır ödənilməyən  maaşlarını və evlərinə qayıtmalarına icazə verilməsini tələb edirlər. Dənizçilər bildiriblər ki,  Aralıq dənizinin limanlarında aylardır tərk edilmiş 12 gəmidə kifayət qədər qida və su ehtiyatı da yoxdur. Amma şirkət onları deyil, gəmilərin taleyini düşünür.

Bloomberg-in hesabatına görə, ötən ilin mayından Beyrut limanında atılıb qalmış və borc görə limanı tərk edə bilməyən dənizçilərə 9 günlük aclıq aksiyasından sonra əməkhaqqı borcunun 40 faizindən azı- 114 min dollar ödənilib və onlar evlərinə qayıdıblar.

"Kapitan Nağdəliyev” tankerinin 44 yaşlı kapitanı Samiq Nəbiyev bildirib ki, anası xərçəng xəstəsidir və buna görə Azərbaycana geri dönmək məcburiyyətindədir. Nəbiyev və heyət üzvü şirkətin yerinə təzminat ödəmək istəyən sığorta şirkətinin təkliflərini qəbul edib.

""Kapitan Nağdəliyev” tankeri ötən ilin mayından Beyrut limanındadır, amma şirkət işçilərini düşünmür”,-kapitan  Nəbiyev deyib.

Qeyd edilib ki,  ötən ilin noyabrında gəmi heyətinin 8-nin evlərinə geri dönməsinə icazə verilib, lakin kapitan Nəbiyev və 3 işçiyə gəmini tərk etməyə icazə verilməyib.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası da hesabatında Aralıq dənizində tərk edilmiş gəmilərdə çalışan işçilərə 3,2 milyon dollar maaş borcunun yarandığını açıqlayıb. Lakin "Palmali Holdinq”in təmsilçiləri gəmidə qalan dənizçilərin vəziyyəti ilə bağlı federasiya ilə danışmaqdan imtina ediblər.

Federasiya gəmidə qalan dənizçilərə humanitar yardımlar edib, bununla yanaşı, şirkətin, liman rəhbərliklərinin və gəmilərin qeydiyyata alındığı ölkə olan Malta səlahiyyətliləri ilə maaşların ödənilməsi və dənizçilərə evlərinə qayıtmağa icazə verilməsi üçün danışıqlara da başlanılıb.

Federasiyanın ərəb ölkələri və İran üzrə regional koordinatoru Məhəmməd Arrachedi bildirib ki, gəmiçilər evlərinə dönmək üçün aclıq aksiyasına başlayıblar, yeməkləri və suları bitmək üzrədir.

Bildirilir ki, Mübariz Mənsimov saxlanıldığı Silivri həbsxanasından bəzi gəmilərə məktub göndərib, "xahiş edirəm gəmilərə sahib çıxın və səbrli olun" yazıb. Lakin kapitan Nəbiyev deyir: "Mənsimov və "Palmali" bizə sadəcə yalan söylədi. Bizi Livanda tərk etdilər və heç bir yardım göstərmədilər",

Məlumatda o da deyilir ki, Rusiya, İngiltərə və Almaniyada "Palmali Holdinq”in borclu olduğu şirkətlər holdinqi məhkəməyə veriblər.


Oxunub: 417






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim