reklam
USD
26 ℃
EUR
BAKI

Maaşı 250 manat olanlar pensiya almaq üçün neçə il işləməlidirlər?

CANLI TV / 21.02.2021 14:57
Maaşı 250 manat olanlar pensiya almaq üçün neçə il işləməlidirlər? - Ekspertdən izah


"Azərbaycanda median əmək haqqı 343 manatdır. Bu o deməkdir ki, hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının - 845 min 900 nəfərinin maaşı 343 manat və ondan aşağıdır. Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir. Əgər sizlərdən kimsə işsizdirsə və iş axtara-axtara qocalırsa, o pensiya ala bilməyəcək”.

Bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib: "Kimsə günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa o da pensiya ala bilməyəcək. Kimsə əmək müqaviləsiz çalışırsa o da pensiya ala bilməyəcək. Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir. Kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması gərəkdir. Ayda 300 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il çalışması gərəkdir. 350 manat maaş alırsa, onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir. Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq. Hesablamalar göstərir ki, işsizlik və aşağı əmək haqqı səbəbindən  Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər - əmək qabliyyətli  əhalinin yarısı -  hazırkı şərtlərlə və göstəricilərlərlə  hətta 65 yaşına çatsa da  belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək. Hazırda əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə  130 manat sosial müavinət (qocalıq müavinəti) almaq hüququ vardır”.
"carciTV"


Oxunub: 346






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim