reklam
USD
18 ℃
EUR
BAKI

Prezident Müdafiə Nazirliyinə tapşırıq verib

RƏSMİ / 26.02.2021 22:53
Prezident Müdafiə Nazirliyinə tapşırıq verib


"Ərazilərin minalardan təmizlənməsi məsələsində biz hələ yolun başlanğıcındayıq. Biz hələ cəmi bir neçə min hektar ərazini təmizləmişik. Mən yeni hərbi bölmələrin, Azərbaycan Müdafiə Nazirliyinin yeni mühəndis-istehkamçı batalyonlarının formalaşması barədə göstərişlər vermişəm”. 

Oxu24.com -un  məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, bu bölmələr artıq formalaşıb: "Bu yaxınlarda biz Türkiyədən müasir texnika almışıq, o artıq gətirilib. Bu texnika bizim işimizi xeyli asanlaşdıracaq. Bununla paralel olaraq mən yaxın vaxtlarda Minatəmizləmə üzrə Dövlət Agentliyinin yaradılması barədə Sərəncam imzalamışam. Bundan əvvəl bizdə mövcud olan, ANAMA adlanan qurumun statusu çox qeyri-müəyyən idi.

O, vaxtilə işğaldan azad edilmiş ərazilərin bərpası üzrə mövcud olmuş komissiyanın nəzdində yaradılmışdı. Bu işi gücləndirmək üçün biz dövlət qurumu yaratdıq, o, artıq formalaşıb. Agentliyin səmərəli işləməsi üçün biz bu ilin investisiya proqramında təqribən 100 milyon manat ayıracağıq. O cümlədən ən müasir avadanlıq, distant xarakterli robotlar və minatəmizləyən maşınlar alınacaq. Yəni, biz bu işlə maksimum məşğul olmağa çalışacağıq.

Rusiya Fövqəladə Hallar Nazirliyi qrupunun əsas fəaliyyəti rusiyalı sülhməramlıların məsuliyyət zonası ilə bağlıdır, lakin onlar burada da iştirak edirlər. Hazırda biz bu istiqamətdə təcrübəyə malik olan bir neçə şirkətlə danışıqlar aparırıq, ancaq bu danışıqlar hələ başa çatmayıb. Orada razılaşmalar gedir.

Lakin biz bütün imkanlardan maksimum istifadə edəcəyik. Yeri gəlmişkən, agentliyin rəhbəri vəzifəsinə təyin edilən şəxsə də demişəm, biz istəyirik ki, bu işdə Azərbaycan şirkətləri də iştirak etsinlər, çünki bu iş, təəssüf ki, bir ilin işi deyil. Minalardan təmizlənməli olan ərazi kifayət qədər böyükdür. Buna görə yerli şirkətlər də bu işə qoşulmalıdır”.

Dövlət başçısı qeyd edib ki, metodologiyaya gəldikdə, burada metodologiya var. İlk növbədə, haranın və necə minalardan təmizlənməli olması barədə beynəlxalq təcrübə var: "Buraya kommunikasiyalar, yaşayış məntəqələri və kənd təsərrüfatı fəaliyyəti üçün yerlər aiddir. Yeri gəlmişkən deməliyəm ki, biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinə artıq başlamışıq, 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Belə ki, biz geniş beynəlxalq əməkdaşlığa hazırıq. Mən bilirəm ki, hazırda müxtəlif şirkətlərdən çoxlu təkliflər daxil olur. Lakin bir sıra başqa məsələlərdə olduğu kimi, burada da iki əsas amil var – keyfiyyət və qiymət. Bax, bu iki amil birlikdə bizim bu və ya digər şirkətə üstünlük verməyimiz üçün əsas şərt olacaq.

Bərpa işində Rusiya şirkətlərinin iştirakı barədə digər sualınıza gəldikdə isə, bu barədə mən artıq bəyanat vermişəm. Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan dost ölkələrdir. Buna görə təbii ki, Rusiya şirkətləri cəlb ediləcək. Fikrimcə, artıq onlar özləri maraq göstərə bilərlər. Ona görə ki, biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alırıq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni, işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var”.


Oxunub: 334






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim