reklam
USD
2 ℃
EUR
BAKI

Ermənistandan Qarabağa gələn yük maşınında kimlər gizli daşınıb? SENSASSİYA!

CANLI TV / 28.02.2021 01:56
SENSASSİYA! Ermənistandan Qarabağa gələn yük maşınında kimlər gizli daşınıb?


Ermənistan tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıyırmış.

"carciTV"  xəbər verir ki, bu fakt amerikalı jurnalist-freelancer Patrik Lankasterin Yerevandan, Ermənistan Müdafiə Nazirliyinin qarşısından hazırladığı reportajdan üzə çıxıb. 

Valideyinlər övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq nazirliyin qarşısına toplaşıblar və etiraz edirlər. 

Tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki Qarabağ Azərbaycanın ərazisidir və prezident İlham Əliyev Ermənistan əsgərinin Qarabağdan çıxarılmalı olduğunu bildirib.

Patrik Lankasterin videoreportajı Ermənistan hakimiyyətinin ənənəvi olaraq yalan danışdığını və 10 noyabr üçtərəfli razılaşmasının şərtlərini pozduğunu sübut edir. 

"Biz istəmirik ki, uşaqlarımızı tikinti materialları kimi Qarabağa aparsınlar. Əvvəl bizə demişdilər ki, onlar daha Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər. İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər. Bizim uşaqlar tikinti materialı deyil. Orada onları ya əsir götürəcəklər, ya öldürəcəklər. Əliyev deyib ki, Qarabağda Ermənistan əsgəri olmamalıdır, vəssalam”,-əsgərlərdən birinin yaxını deyib.

Toplaşanlardan digər isə deyir ki, üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbçiləri Qarabağda xidmət etməli deyil, çünki ora Azərbaycan ərazisidir və Ermənistan Müdafiə Nazirliyinin belə hüququ yoxdur. 

"Biz istəmirik ki, uşaqlarımızı Qarabağa göndərsinlər. Onlar orada olmalı deyillər, çünki bu haqda Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı bəyanatda göstərilib. Bizim erməni komandanlığı isə zorakılığa can atır”,-o deyir.

"Müharibə qurtarıb, o qəlpə yarası alıb və depressiyadadır. Qayıdıb ecə. Lakin nazirlikdən adamlar gəlib dedilər ki, nəyə görə o evdədir, hərbi hissəyə qayıtmalıdır. 

Dedilər aparıb müalicə edəcəklər. İndi isə yenidən Qarabağa qaytarmaq istəyirlər. Lakin o bir daha Qarabağda xidmət etməyəcək! Ermənistan ərazisində xidmət etməlidir”,-amerikalı jurnalistə danışan yaşlı erməni bildirib.

Toplaşanlar deyiblər ki, onların övladları gecə saat 3 radələrində evə zəng vurublar, "bizi mülki paltarda Qarabağa aparmaq istəyirlər” deyiblər. 

Valideyinlərdən birinin dediyinə görə, əsgərləri şüşələri qara plyonkalı maşınlarda aparmaq istəyiblər, lakin onların etirazından sonra əsgərlərin Qarabağa aparılması dayandırılıb. Belə görünür ki, Ermənistan tərəfi əsgərləri mülki paltarda, inşaat materiallarının altında gizlədərək Qarabağa daşımaqla həm də Rusiya sülhməramlılarını aldadır. Bu reportaj bir daha təsdiq edir ki, Azərbaycan Laçın dəhlizi üzərində gediş-gəlişə daha ciddi nəzarət edilməsi barədə Rusiya tərəfinin qarşısında məsələ qaldırmalıdır.


Oxunub: 340






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim