reklam
USD
11 ℃
EUR
BAKI

Şou-biznesin həci sevgisi...

MARAQLI / 04.03.2021 09:43
"Həcilərin 5 sevgilisi olur, ən çox istədiyi sevgilisini..." - Aktrisa Aysel Nazim


Şou-biznesin həci sevgisi...

Azərbaycan şou-biznesinin yazılamamış qanunları var. Məsələn ifaçının sevgilisi daha çox sponsoru olur. El dilində desək həcisi. Bugün həcisi olan ifaçı gündəmdə, trendədir. Çünki bütün problemlərini həci həll edir. Həci isə sizin bildiyiniz o həcilərdən deyil. Bu həci sevdiyi qadınları şou-biznesə gətirir, yeri gəlsə sevdirməyi bacarır da.
Dünya şou-biznesində prodakşınlar tanınmamış bir ifaçının üzərində çalışır və onu dünya ulduzuna çevirərək ondan maliyyə əldə edir. Bizdə isə nə belə prodüserlər, nə də prodakşnlar var. Belə olduğu halda ümid ancaq həcilərə qalır. Bəs görəsən sənətçilər bu barədə nə düşünür?

İfaçı Nadir Qafarzadə nə həyatda, nə də sənətdə sponsorunun olmadığını deyir:

"Bu vaxta qədər nə sponsorum, nə də həcim olub. Mənim heç nəyim olmayıb. Göydə Allah, yerdə özüm bu sənətdə var gücümlə çalışmışıb, çabalamışam. Həci məsələsi adətən qadın ifaçılara aid olur. Bu da elə bir məsələdir ki, bilmirsən ki, indi sponsor kimdir həci kim. Həcim olmayıb deyə onun nə iş gördüyündən xəbərsizəm. Allah həcilərin də, sponsorların da canını sağ eləsin”.

Hazırda Türkiyədə yaşayan və oradakı şou-biznesə qatılan aparıcı, aktrisa Aysel Nazim isə deyir ki, dünya ulduzları, eləcə də Türkiyədəki məşhurlar konsertlərindən və layihələrindən gəlir əldə edirlər:

"Bizdə isə daha çox toy biznesi var. İfaçılar karyera qurmağa başlayanda yalnız toy tutmaq üçün ara mahnıları ifa edirlər. Bu sənətə aid olmayan birilərinin hesabına sənətə gəlməyə çalışırlar. Bərbad geyim tərzi, olmayan səs tembri ilə gündə bir ifaçı yetişir. Hamısı da "ulduz”dur. Çox təəsüf ki, həcilərin və ya kimlərinsə hesabına bu sənətə aid olmayan insanların sevgililəri pul buraxıb, onları müğənni edir. Onlar da yalnız toy biznesi haqqında düşündükləri üçün dünya arenasına çıxa bilmirlər. Bunun hər kəsə şamil etmirəm, sevdiyim, sənətinə hörmət etdiyim müğənnilərimiz də var. Onların da daha çox çalışmalarını istəyirəm. Misal üçün Röya Ayxan və bu kimi sənətkarlarımız yaradıclıqlarına yatırım edirlər. Onu təqdir edirəm”.
A.Nazim qeyd edir ki, yeni çıxan ifaçılar özlərinin adlarını dəyişdirib, başqa adla təqdim edirlər, sanki səhnəyə deyil toy məclisinə çıxıblar:

"Gözəl səsi, səs tembri olan ifaçılar var ki, heç onlara sponsorlar tapılmır. Bu sənətlə əlaqəsi olmayanlara yatırım edilir, onlar da çıxıb yekə-yekə danışırlar. Səhnədəki hərəkətlərindən, davranışlarından tamamilə başqa bir şeyi təbliğ edirlər, çünki o başqa yoldan gəliblər. Kimisə tapıblar, onlar da sponsorluq edib yeni bir müğənni yaradıblar. Əslində isə sponsor başqa məna daşıyır. Müğənnini tanıdan prodakşınlardır, bir də ifaçının prodüseri. Prodüser bizdə fərqli qəbul edilir. Belə ki, çanta daşıyan, müğənni ilə birlikdə məclislərə, efirə gedib gələn kimi anlaşılır. Prodüser özü pul qoymalı, ifaçıya yatırım etməlidir. Bizdə isə ona həci deyilir. Həcilərin də 5 sevgilisi olur, ən çox istədiyi sevgilisinə pul yatırıb, onu müğənni edir. Salır insanların canına”.

Prodüser Təranə Səmədova isə deyir ki, dünya şou –biznesində daha çox ifaçıya yatırım edilir, bizdə isə yanaşma tərzi bir qədər fərqlidir: "Bizim dinləyici kütləmiz azdır. İfaçılarımız yalnız toylardan gəlir əldə edirlər. Türkiyədə bu işi sponsorlar edir. Sponsor, prodüser ifaçını yarı yolda qoyanda ona təzminat açılır. Bizdə isə bu cür şeylər yoxdur. Həci mövzusuna isə toxunmaq istəmirəm. İllər öncə ifaçı Rəqsanə efirə çıxıb ilk dəfə "sponsor”-um sevgilimdir dedi. İndi o da müasirləşib, adı dəyişdirilib həci olub. O mövzulara toxunmaq istəmirəm. Açığı deyim ki, onu müzakirə etməyi ayıb bilirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552101301 (Whatsapp)


Oxunub: 462






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim