reklam
USD
27 ℃
EUR
BAKI

Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib

REPORTAJ / 05.03.2021 00:16
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib


Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində gördüklərim məni dəhşətə gətirdi. Burada müharibənin izlərindən başqa heç nə yoxdur.

Bu barədə gürcü telejurnalist, "Tv Pirveli" telekanalının müxbiri Miranda Baqaturiyanın Ağdamdan hazırladığı reportajda məlumat verilib.

Telejurnalist bildirib ki, 1990-cı illərə qədər Ağdamda əsasən azərbaycanlılar yaşayıb. Lakin elə həmin illərdə Azərbaycanın Qarabağ bölgəsi işğal olunduqdan sonra Ağdam rayonunda da heç kim qalmayıb. Yurd-yuvalarından didərgin düşmüş insanlar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. İndi onlar bu torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Ağdama hərbiçilərin və yeri polis əməkdaşlarının nəzarəti altında getdiklərini söyləyən telejurnalist deyib ki, erməni işğalından azad olunmuş ərazilərdə işğalçılar minlərlə mina basdırıblar. Ona görə də həmin ərazilərdə sərbəst gəzmək və istədiyin yerə getmək çox təhlükəlidir. Burada ümumiyyətlə dağıdılmış evlərdən başqa heç nə yoxdur. Yalnız ermənilərin hərbi məqsədlər üçün istifadə etdikləri yeraltı sığınacaq və istehkamlar var. İşğalçılar dini, tarixi, mədəni abidləri də dağıdıblar. Ermənilər Ağdamdakı Ağdaban məscidini silah-sursat anbarına çeviriblər. Məscidin yaxınlığındakı mədəniyyət mərkəzindən isə tövlə kimi istifadə olunub.

M.Baqaturiya bütün əzab-əziyyətlərə sinə gərərək evini tərk etməyən, cəbhənin lap yaxınlığında yaşayan, hər gün atəş və bomba səsləri altında ölümlə üz-üzə gələn yerli sakindən - 75 yaşlı Nuri nənədən müsahibə də alıb. Nuri nənənin müharibənin ağrı-acısı, erməni vəhşilikləri barədə söylədikləri də gürcü ictimaiyyətinin diqqətinə çatdırılıb.

Reportajda işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən gürcü politoloq, tarixçi alim Guram Marxuliyanın müsahibəsi də yer alıb.

G.Marxuliya erməni vəhşiliyindən söz açıb, işğalçıların törətdikləri insanlığa sığmayan cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Gürcü jurnalist Qubadlı rayonunda gördüklərini də tamaşaçılara təqdim edərək deyib: "Sonra biz Qubadlıya getdik. Orada 2010-cu illərdə Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdim. İkinci Qarabağ müharibəsindən sonra - 2020-ci ilin noyabrında erməni əhali bu kəndi və ümumilikdə Qubadlını tərk edib. Buradakı evlərin çoxu yandırılıb, yararsız hala salınıb. Təbiət məhv edilib. Gördüklərim məni dəhşətə gətirdi".


Oxunub: 285






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim