reklam
USD
22 ℃
EUR
BAKI

Kimlərə veteran adı veriləcək? - AÇIQLANDI

REPORTAJ / 10.03.2021 21:37
Kimlərə veteran adı veriləcək? - AÇIQLANDI


Müharibə veteranı adı istəməklə, müraciət etməklə verilmir. Müharibə veteranı adını almaq üçün müəyyən prosedurlar var. Baş nazir müavininin rəhbərliyi altında müharibə veteranını müəyyənləşdirməklə bağlı komissiya yaradılıb. Bu komissiyanın tərkibində bütün aidiyyəti nazirliklərin nazir müavinləri və xidmət rəisləri təmsil olunur. Komissiyada siyahılara baxılır, bunun əsasında müharibədə iştirakla bağlı qurumlarda qərar qəbul edilir.

"carciTV" xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.

Sabiq briqada komandiri əlavə edib ki, bu məsələdə Birinci Qarabağ Müharibəsinin təcrübəsi nəzərə alınıb:

"Bilirsiniz ki, həmin dövr bir gün ezamiyyətdə olan, yardım aparanlara da veteran adı verirdilər. Eyni zamanda müharibədə döyüşənlərə də veteran adı verirdilər. Bütün bu məsələlər nəzərə alınaraq dəyişikliklər nəzərdə tutulub.

Birinci Qarabağ Müharibəsindən 3 il sonra veteran adı tərtib olunmuşdu. Bəziləri elə düşünür ki, indi veteran məsələsi gecikdirilir. Ancaq bu məsələ vaxt aparır. Hələlik qurumlar öz siyahılarını tamamlamayıblar, bu başa çatandan sonra istəkdən asılı olmayaraq kimə şamil olunursa, nazirliklərin komissiyası buna baxacaq. Daha sonra ümumi qərar qəbul olunacaq və vəsiqənin verilməsi təmin ediləcək.

Belə bir fikir dolaşır ki, əli silahlı Şuşaya daxil olanlar veterandır, lakin orada yemək bişirən veteran deyil. Bu, əsla belə deyil və hamı veteran statusu alacaq. Ancaq buna da bir ortam gətirmək lazımdır ki, cəmiyyət bunu düzgün anlasın, qəbul etsin.

Müharibədə işirak etmiş əsgərlərin yaralanıb və ya yaralanmaması önəmli deyil. Veteran adı almaq üçün yaralanmaq şərt deyil. Veteran iştirakçı deməkdir.

Hesab edirəm ki, döyüşlərdə və döyüşlərin təmin edilməsində bilavasitə iştirak edənlər veteran adını alacaqlar. İstər səfərbərlik, istərsə də başqa formada orduya çağırılsın. Əsas odur ki, müharibənin iştirakçısı olsun".

Qeyd edək ki, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir. Bu hüquq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır.


Oxunub: 533






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim