reklam
USD
3 ℃
EUR
BAKI

İsrail Qarabağla bağlı Bakıya bunu təklif edir

CANLI TV / 10.03.2021 23:39
İsrail Qarabağla bağlı Bakıya bunu təklif edir


İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbayacana kömək təklif edir.

"carciTV" xəbər verir ki, bunu "İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut deyib.

Onun sözlərinə görə, İsrail şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə investisiya yatırmaqda maraqlıdır.

A.Qut deyib ki, Azərbaycan və İsrail sıx əməkdaşlığı sayəsində aqrar, tibbi, müdafiə və digər sahələrdə əlaqələri möhkəmləndirib:
 
"İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, Avrasiyada heç bir ölkə İsrail üçün Azərbaycandan daha yaxın dost olmayıb. Bununla yanaşı, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir”.

Azərbaycanın Türkiyədəki səfiri İbrahim Xəzər isə bildirib ki, İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbaycana kömək etmək təklifini irəli sürüblər.

İ.Xəzər deyib ki, Qarabağın bərpasında köməklik təklif edən ölkələr İran, Böyük Britaniya, İtaliya, Macarıstandır: "İşğaldan azad edilən ərazilərin bərpası texnoloji yeniliklərlə yanaşı, bölgənin tarixi və orijinal irsinin qorunub saxlanılmasını təmin etməklə həyata keçiriləcək”.

Onun sözlərinə görə, Naxçıvan koridoru regional əməkdaşlıq üçün yeni imkanlar açır:
 
"Buna baxmayaraq, Ermənistanın hücumlarından maddi ziyanın həcmi 50 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Azad edilmiş torpaqların görüntülərindən məlum olur ki, ərazilərimiz tamamilə viran olub. Ermənistan 700 tarixi və mədəni obyekti, 700 kitabxananı, 85 sənət və musiqi institutunu, 22 muzeyi, 100 minlərlə evi, 4 sənət qalereyasını, 4 teatrı və iki konsert salonunu tamamilə dağıdıb".

İ.Xəzər vurğulayıb ki, müharibə zamanı Azərbaycan ordusunun qarşısında aciz qalan erməni hərbçiləri, hətta şəhərlərdə, müharibə bölgəsindən uzaq ərazilərdə mülki insanlara atəş etməkdən belə çəkinmədilər: "Bunun nəticəsində 100 vətəndaşımız öldürüldü, 416 nəfər yaralandı və mülki infrastruktura böyük ziyan dəydi".

Qüds Strateji və Təhlükəsizlik İnstitutunda beynəlxalq münasibətlər üzrə mütəxəssisi Miki Aharonson bildirib ki, İsrailin Azərbaycanla əlaqələrini davam etdirməsini vacib edən maraqların cəmi dəyişməyib: "Uzun illər İsrail Azərbaycanla bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində yaxşı əlaqələrini qoruyub saxlayıb”.


Oxunub: 452






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim