reklam
USD
4 ℃
EUR
BAKI

Məktəblərlə bağlı MÜHÜM YENİLİK – Nazir açıqladı

XƏBƏR / 11.03.2021 00:56
Məktəblərlə bağlı MÜHÜM YENİLİK – Nazir açıqladı



"Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir”.

"carciTV" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi, eləcə d, şagirdlərarası münasibətlərin düzgün qurulmasını mühüm hesab edir:

"Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsi, proflaktika mexanizmləri də hazırlanıb və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək.

Antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilib.

Eyni zamanda, ötən il "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən "Məktəblinin Dostu” layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNICEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir.

Məsələnin bir şəxsdən və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan asılı olduğuna inanır,  məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində xüsusi rolu olduğunu qeyd etmək istəyirəm.

Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil nazirliyi üçün prioritetdir”.


Oxunub: 563






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim