Xankəndində dəhşətli PROVOKASİYA: Rusiya MN MƏLUMAT YAYDI
CANLI TV / 12.03.2021 00:59
SON DƏQİQƏ! Xankəndində dəhşətli PROVOKASİYA: Rusiya MN MƏLUMAT YAYDI Dünən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub. TASS-ın məlumatına görə, nazirlər Dağlıq Qarabağdakı mövcud vəziyyəti, həmçinin, hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər. Rusiya Müdafiə Nazirliyindən bildirilib: "Söhbət əsnasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın müxtəlif aspektlərinə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda vəzifələrini yerinə yetirdiyi ərazilərdəki mövcud vəziyyətə və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub”. Siyasi elmər namizədi, politoloq Cümşüd Nuriyev bildirib ki, Şoyqunun bu qədər fəallığı anlaşılan deyil: "Rusiya məkrli siyasətini həyata keçirmək üçün Ermənistanın Müdafiə Naziliyindən bir vasitə kimi istifadə edir. Bu telefon danışığı ilə Azərbaycana mesaj verirlər. Yəni Ermənistanla bir yerdəyik. Eyni zamanda Paşinyanın da diqqətinə çatdırırlar ki, istədiyimiz vaxt səni yıxa bilərik, lakin bunu etmirik. Hadisələrin gedişi onu göstərir ki, Qarabağda ruslarla ermənilər növbəti provokasiya hazırlayırlar. Provokasiyanın hansı bölgədə olacağını deyə bilmərəm, hər halda Xankəndinin ətrafında baş verəcək. Artıq Qarabağın əldə düzəltmə "ombudsmanı” deyir ki, Qarabağda 120 min erməni var. Ümumiyyətlə, tarixən bölgədə heç vaxt 100 minə yaxın əhali yaşamayıb. Bu, birmənalı olaraq belədir”. Politoloq qeyd edib ki, Rusiya yenə də xəyanətkar siyasətini həyata keçirir: "Təəssüf ki, S.Şoyqu da bu siyasətdə bir alətdir. O, özünə aid olmayan məsələlərlə məşğuldur. Rus sülhməramlılarının Qarabağda fəaliyyəti bunu göstərir. Şoyqunun erməni müdafiə naziri ilə nələri müzakirə etdikləri məxfidir. Bəlkə də, bilirlər ki, onların danışıqları yazıla bilər. Ona görə də ümumi məsələləri müzakirə ediblər”. C.Nuriyevin sözlərinə görə, ermənilər elə fikirləşməsinlər ki, onların arxasında rus sülhməramlıları dayanır: "Bir şeyi anlamırlar ki, Azərbaycanın Şuşanı azad edən, dünya praktikasında olmayan xüsusi təyinatlı qüvvələri var. Növbəti aylarda Azərbaycan antiterror əməliyyatlarını həyata keçirə bilər. Bu əməliyyatlar da uğurla nəticələnəcək. Ermənilər başa düşməlidir ki, Azərbaycandan ötrü canını qoymağa hazır olan peşəkar hərbçilər və ağıllı Ali Baş Komandan var. Eyni zamanda yanımızda Türkiyə kimi qüdrətli dövlət və nüvə silahı olan Pakistan dayanır. Rusiya da bunları nəzərə almalıdır. Vladimir Putin papağını qabağına qoyub fikirləşsin ki, Azərbaycan kimi dövləti düşmənə çevirmək ona lazımdır ya yox? Şoyqunun erməni həmkarına zəng etməsi xoş olan bir gedişat deyil. Amma nə qədər zəng etsə də, bunun biz aidiyyəti yoxdur, daxili işləridir. Ancaq düşünməsinlər ki, bu danışıqlarla Azərbaycana qarşı təzyiq göstərə biləcəklər. Nə ölkəmiz, nə də mövcud situasiya əvvəlki kimidir. Xalqımız belə telefon danışıqlarından narahat olmalı deyil. Çətin bir məqamda Qarabağı azad edən Ali Baş Komandan və ordumuz yenə də eyni qələbə çalmağa hazırdır. İnanıram ki, yaxın 2 ay ərzində-növbəti antiterror əməliyyatından sonra Qarabağ məsələsi gündəmdən çıxacaq”.
Oxunub: 275
08.06.2026
13:26 Ardıcıl 3 gün iş olmayacaq
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
08:51 Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim