reklam
USD
26 ℃
EUR
BAKI

Azərbaycan 55 milyon dollarlıq palma yağı idxal edib: Sağlamlığımız təhlükə altındadır?

REPORTAJ / 13.03.2021 00:16
Azərbaycan 55 milyon dollarlıq palma yağı idxal edib: Sağlamlığımız təhlükə altındadır?


"carciTV" xezerxeber.az-a istinadən bildirir ki, son illər palma yağından istifadə halları artıb. Hətta keçən il ölkəmizə 55 milyon dollarlıq palma yağı idxal edib. Amma vətəndaşların bir çoxu  bu yağların zərərli olması qənaətindədir. Əməkdaşlarımız  Azərbaycana gətirilən bu yağların əsasən harda istifadə  edildiyini və nə dərəcədə zərərli olmasını araşdırıblar.

Palma yağı ilə bağlı bu fərqli fikirlər illərdir səsləndirilir və ciddi mübahisələrə səbəb olur. Lakin bir gerçək var: son illər ölkəmizdə palma yağından  geniş istifadə olunur.

Statistika deyir ki, ölkəmizə 2014-cü ildə 28,6 milyon dollar dəyərində 47 min 602 ton, 2019-cu ildə 41 milyon dollar dəyərində 59 min 350 ton, 2020-ci ildə 55 milyon dollar dəyərində 64 min 500 ton palma yağı idxal edilib. Bir ildə palma yağının idxalı 5150 tondan çox, son 7 ildə isə 16 min 900 ton artıb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı İradə Hüseynlinin sözlərinə görə, palma yağları ölkəmizdə həm qida, həm də qeyri-qida məhsullarında istifadə olunur. Qida kimi dondurma, şokolad, çips, süni süd, uşaq qidaları, hazır sıyıq və un məmulatlarının tərkibinə qatılır. Emal olunmamış palma yağı isə sabun, kosmetika, diş pastası və krem kimi məhsulların hazırlanmasına yarayır.

Ekspertlər də o fikirdədirlər ki, palma yağlarının konkret olaraq standartı var və bu standarta əməl edilmədiyi təqdirdə bu yağlar insan sağlamlığına ciddi zərər verə bilər. Bu vəziyyətdə isə istehsalçıların üzərinə böyük məsuliyyət düşür. Qida eksperti Fuad Ağayevin sözlərinə görə, bəzən istehsalçılar daha ucuz başa gəldiyinə görə texniki palma yağlarından istifadə edirlər. Bu zaman isə təhlükə qaçılmaz olur. Bununla bərabər artıq dünyada bir sıra ölkələr palma yağından istifadəyə qadağa qoyur və istifadəni minimum endirir.

Palma yağlarının ən çox istifadə olunduğu məhsullar uşaq qidalarıdır. Həkimlərin sözlərinə görə, bu, birbaşa uşaq sağlamlığına zərərlidir. Çünki palma yağlarının tərkibində olan maddələr piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır.

Mütəxəssislər bildirirlər ki, palma yağının gündəlik norması orta yaşlı insanların bədən çəkisinin hər kiloqramına 1000 mikroqram, uşaqlar üçün isə 500 mikroqram müəyyən edilib. Bu norma aşıldığı təqdirdə bədəndə sağalması mümkün olmayan xəstəliklərin başlamasına zəmin yaranır.


Oxunub: 280






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim