reklam
USD
28 ℃
EUR
BAKI

“O xəritəni bizə verməsəniz, əsirləri unudun” – Azərbaycandan Ermənistana ultimatum

CANLI TV / 16.03.2021 23:30
"O xəritəni bizə verməsəniz, əsirləri unudun” – Azərbaycandan Ermənistana ultimatum


"ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden Azərbaycana səfəri zamanı dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini uzun illərdən sonra özü həll edib. Ona görə də Azərbaycanın artıq ATƏT-in bu istiqamətdə fəaliyyətinə ehtiyacı yoxdur”.

"carciTV” xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq, İlham Əliyevin ATƏT sədri ilə görüşdə səsləndirdiyi fikirlərin də bundan xəbər verdiyini vurğulayıb:

"Münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”, – deyə Prezident qeyd etdi. Azərbaycan Prezidenti eyni sözləri müharibədən sonra Bakıya gələn ATƏT-in Minsk Qrupu həmsədrlərinə də demişdi.

İlham Əliyev ATƏT sədri ilə görüşdə onu da dedi ki, Azərbaycan işğal altındakı ərazilərin bərpasına başlayıb. Yəni Azərbaycan Prezidenti bu sözlərlə ATƏT sədrinə anlatmaq istəyib ki, Bakının artıq ATƏT-in vasitəçiliyinə ehtiyacı yoxdur. Bakı Dağlıq Qarabağın status mövzusunu müzakirə etmək istəmir. İlham Əliyev ATƏT sədri ilə görüşdən sonra yenidən azad olunmuş bölgələrə səfər edərək erməni işğalının acı nəticəsindən və aparılacaq yenidərqurma işlərindən danışıb.

ATƏT sədri ilə görüşən xarici işlər naziri Ceyhun Bayramov iki faktora diqqəti çəkib.

Birincisi, nazir deyib ki, Ermənistan gizli şəkildə  Azərbaycan ərazisinə silahlı şəxslər göndərir və ATƏT bunun qarşısını almalıdır.

İkincisi, nazir ATƏT sədrinə bildirib ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda  həbs edilən erməni silahlıları əsir deyillər və Ermənistana verilməyəcək. 10 noyabr bəyanatı imzaladıqdan sonra Ermənistan hakimiyyəti Ermənistanın Şirak bölgəsindən Qarabağa 60-dan çox hərbi qulluqçu göndərib. Bu hərbçilər diversiya törədərək, Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürüblər və qanun qarşısında cavab verəcəklər. Digər tərəfdən "əsir” mövzusuna qaldıranlara cavabımız bəllidir: "Emənistan Azərbaycan torpaqlarına minaladığı ərazilərin xəritələrini Bakıya təqdim etsin”. Bu olmadıqca "əsirlər” mövzusu da müzakirə edilməməlidir”.

Elxan Şahinoğlu Ceyhun Bayramovun Azərbaycanla İsveç arasındakı əməkdaşlıqdan danışmasından da söz açıb:

"Nazir qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirir. Hər bir ölkə ATƏT-ə iki il sədrlik edir. İsveçin sədrliyi də iki il çəkəcək. Ona görə də ATƏT sədri Bakıya səfər edərək Dağlıq Qarabağ məsələsindən danışsa da, İsveçin xarici işlər naziri Bakıya təzyiq etməyəcək. Çünki həmin nazir ATƏT-lə yanaşı həm də ölkəsini təmsil edir və İsveçin Azərbaycanla əməkdaşlığını genişlədirməsində maraqlıdır. Azərbaycan rəsmiləri də İsveçli nazirlə görüşdə diqqəti məhz ikitərəfli əməkdaşlığa yönəldiblər”.


Oxunub: 338






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim