reklam
USD
3 ℃
EUR
BAKI

Müğənninin həyat yoldaşı "ARB" Tv-ni məhkəməyə verdi - QALMAQAL

MARAQLI / 16.03.2021 23:55
Müğənninin həyat yoldaşı "ARB" Tv-ni məhkəməyə verdi - QALMAQAL


Müğənni Elnar Xəlilov və şairə həyat yoldaşı Aysel Nəcəfli ayrılıb.

Bu haqda ifaçı "Hüseynova bacıları” proqramında danışıb.

O bildirib ki, 1 ilə yaxındır ayrılıblar və övladının üzünü görmür:

"Sevəndə gözlərim kor olur. Xasiyyəti xasiyyətimə uyğun olmayan insanları sevirəm. Oğlumun anasını məhkəmələrdə süründürməyi özümə yaraşdırmıram. Birinci həyat yoldaşımla indi də əlaqəmiz var. Rusiyada yaşayır, ayrılma məqsədimiz onun Bakıda yaşamaq istəməməsidir. Uşağımı da tez-tez göstərir mənə. Amma burada nişanlandıqdan sonra əlaqəni kəsdik”.

Elnar onu da vurğulayıb ki, bu, Aysellə ikinci boşanmalarıdır. Cütlük bir dəfə rəsmi boşanıb və sonra yenidən nikah bağlayıblar.

Ayselin müğənniyə cavabı gecikməyib.

O bildirib ki, həyat yoldaşı ona dəfələrlə şiddət göstərib. Aysel vurğulayıb ki, şəxsi həyatını efirdə qabartdığı üçün ARB telekanalını məhkəməyə verib:

"Bir neçə gün əvvəl kanaldan xahiş etdim ki, mən və oğlum haqda danışılmasın. Amma hər iki tərəf ancaq reklam düşünür, şou yaratmaq istədilər. Şər-böhtana çox susdum. Düşündülər ki, belə də olmalıdır, qadındır axı… Onun adı qadındır, döyülsə də sussun, polisə getsə, hamı "ayıb olsun” deyəcək. Şiddət gördüyünü desə, qınayacaqlar. Qadının başına oyun açmaq olar. Kişi elə danışar ki, bütün günahı qadına yıxar. Qadın susacaq, heç bir həqiqəti açıqlamayacaq. Başına nələr gəldiyini deməyəcək. Camaatdan ar bilib susar, amma qarşı tərəf bunu fürsət bilər. Sizin kimi insanlara görə yüzlərlə insan canından bezib həyatına qəsd edər. Bu düşüncəyə qarşı çıxın. Nə qədər canımı qurtarmaq istəsəm də, qurtara bilmirəm. Artıq həm polisdən, həm məhkəmədən kömək istəyirəm. Bir qadını bu həddə çatdırmaq olmaz, susdum, amma bəsdir.

Güclü qadın gecə-gündüz əziyyət çəkib işləyir. Çünki o anadır, övladı üçün qazanır. Belə qadını necə yıxım deyə düşünərlər, xalqı ona qarşı çıxararlar ki, hamı hücuma keçsin. Qadını təhqirə məruz qoyarlar ki, ölüm həddinə çatsın. Kim nə bilir mən nə yaşamışam və ya niyə ayrılmağı seçmişəm? Danışsam, o insanın üzünə belə baxmaz kimsə. Mən hər zaman şəxsi mövzumdan qaçmışam. Yalnız işlərimlə cəmiyyət önündə olmuşam. Güclü olmağı seçmişəm. Bu kimi suallar olsa belə, səhifəmdən silmişəm, cavab verməmişəm. Qarşı tərəfə dəfələrlə mesaj yazmışam, ailəsinin böyüklərinə demişəm ki, buna son qoyun. Amma olmayıb. O insanla heç kim bacara bilmir. Təşəkkür edirəm, polislər bu işlə maraqlandılar və işə keçdilər. Artıq qadın şiddətinə son”.

Qeyd edək ki, cütlük 2019-cu ildə ailə qurub. Onların bir oğul övladı var.


Oxunub: 435






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim