reklam
USD
27 ℃
EUR
BAKI

Tanınmış ziyalı Teymur Əhmədovun xatirəsi qəlbimizdə həmişə yaşayacaq ALLAH RƏHMƏT ELƏSİN!

REPORTAJ / 17.03.2021 22:47
Tanınmış ziyalı Teymur Əhmədovun xatirəsi qəlbimizdə həmişə yaşayacaq


Azərbaycan media ictimaiyyətinə ağır itki üz verib. "Respublika” qəzetinin baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru, professor Teymur Əkbər oğlu Əhmədov 2021-ci il mart ayının 16-da 90 yaşında vəfat edib.

Teymur Əhmədov 1930-cu il dekabrın 25-də Şəmkir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində, Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

Görkəmli jurnalist 1965-1968-ci illərdə "Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə Nizami Gəncəvi adına Dil və Ədəbiyyat İnstitutunda  baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini, 1988-ci ildən aparıcı elmi işçi olub.

1990-1991-ci illərdə "Vətən həsrəti”, 1992-1993-cü illərdə "Hikmət”, "Yeni fikir” qəzetlərinin baş redaktoru işləyib.

1995-ci ildən "Respublika” qəzetinin baş redaktoru, 1996-cı ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində çalışıb.

Teymur Əhmədovun Azərbaycan jurnalistikasının inkişafı sahəsində göstərdiyi xidmətlər və səmərəli əməyi yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı, akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilib. 1996-cı ildə "İlin layiqli ziyalısı” fəxri adına layiq görülüb, Həsən bəy Zərdabi və Beynəlxalq Atatürk mükafatları, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2002-ci ildə "Tərəqqi” medalı, 2020-ci ildə isə "Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış ziyalı, qayğıkeş və səmimi insan Teymur Əkbər oğlu Əhmədovun xatirəsi media ictimaiyyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!


Əhməd İsmayılov,
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru.


Oxunub: 898






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim