reklam
USD
3 ℃
EUR
BAKI

Eldar Əzizov yarım milyona zibil maşını alır - Sabiq nazirin şirkətindən!

XƏBƏR / 19.03.2021 00:42
Eldar Əzizov yarım milyona zibil maşını alır - Sabiq nazirin şirkətindən!


Martın 13-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Kommunal Xidmətlər Müəssisəsi” MMC nəqliyyat və xüsusi texnikaların satınalınması müsabiqəsinə yekun vurub.

"carciTV" xəbər verir ki, məbləği 914 min 302 manat 70 qəpik olan tenderi "Improtex Trucks and Buses” MMC udub.

Tenderin şərtlərinə görə, MMC üçün 2 ədəd bərk məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi alınacaq. 

Antiinhisar Xidməti nəticəni ləğv etmişdi, amma yenə qalib eyni şirkət oldu

Bu satınalma müsabiqəsi "Kommunal Xidmətlər Müəssisəsi”nin fevralın 9-da ləğv olunmuş tenderin yerinə keçirilib. Ləğv olunmuş tenderdə də "Improtex Trucks & Buses” MMC qalib gəlmişdi. Amma MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən gələn məktub əsasında tenderin nəticələrini ləğv etmişdi. 

Məktubda xüsusi kommunal avadanlıqların alınması üçün bütün iddiaçıların təkliflərinin "tenderin əsas şərtlər toplusunun formal tələblərinə cavab vermədiyi” qeyd edilmişdi. 

2020-ci ildə "Improtex Trucks & Buses” Bakı şəhəri MKTD Mənzil-Kommunal Xidmətlər Birlikləri ilə ümumi dəyəri 10.4 mln. manat olan kommunal nəqliyyat vasitələrinin təchizatı üçün iki müqavilə imzalayıb.

"Improtex Trucks and Buse” MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir. 

"İmproteks Şirkətlər Qrupu"na minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.

MAN Truck and Bus AG-nin Azərbaycanda rəsmi idxalçısısı olan "Improtex Trucks and Buses" MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir.


Oxunub: 339






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim