reklam
USD
15 ℃
EUR
BAKI

"Şərurlu İsfəndiyar" 5 milyona 2 "Lamborghini", 2 "Ferrari" alıb - Zaminbank işi

REPORTAJ / 23.03.2021 22:47
"Şərurlu İsfəndiyar" 5 milyona 2 "Lamborghini", 2 "Ferrari" alıb - Zaminbank işi


Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank”ın 5 milyon manatdan çox vəsaitini mənimsəməkdə ittiham edilən bankın sabiq sədri Nadir İsmayılovun məhkəməsi keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tanınmış iş adamı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov sualları cavablandırıb.

İ.Axundov bildirib ki, həmin bankda onun adına iki kredit olub:

"Mənim adıma 10 milyon manatlıq kredit yazılmışdı. O pulun yarısını götürdüm və kreditimi də ödədim. İşlərimi qaydasına qoydum və pula ehtiyacım olmadığı üçün qalan 5 milyonu bankdan götürmədim. Amma sonradan bu kredit üçün girov qoyduğum obyektləri qaytarmaq üçün qalan pulu da ödədim.

Ümumilikdə, banka 10 milyondan artıq pul verdim. Lakin sonradan bildim ki, əmlaklar Mərkəzi Bankda girovluqdadır, Nadir isə pulu Mərkəzi Banka ödəməyib. İndi Mərkəzi Bank da 10 milyon tələb edir. Nadirlə dost idik, yaxşı münasibətimiz var idi. Elə buna görə də onun məni aldatmasını bağışlaya bilmirəm”.

Vəkilin İsfəndiyar Axundova "Müqavilə imzalayarkən niyə baxmadınız?” sualına o,  savadsız olduğunu, həm də dostu Nadirə inandığını deyərək cavab verib.

Təqsirləndirilən Nadir İsmayılov isə İsfəndiyar Axundovun dediklərini təkzib edib:

"Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki "Lamborghini”, iki "Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.

İsfəndiyar Axundov isə üzərinə həbs qoyulan "Flaminqo” restoranının girovluqdan çıxarılmasını istəyib.


Oxunub: 461






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim