reklam
USD
8 ℃
EUR
BAKI

İsrail Azərbaycanda birgə hərbi müəssisə yaratdı

XƏBƏR / 23.03.2021 22:58
İsrail Azərbaycanda birgə hərbi müəssisə yaratdı


İsrailin "Meteor Aerospace" hərbi sənaye şirkəti Azərbaycanda Caspian Ship Building Company (Bakı Gəmiqayırma Şirkəti) ilə birgə müəssisə yaradıb.

"carciTV" virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə "İsrael Defense" jurnalı şirkətin yaydığı məlumata istinadən bildirir. Məqsəd Azərbaycanın milli ehtiyaclarını təmin etmək üçün müdafiə sahəsində qabaqcıl həllər təklif etməkdir.

Məlumatda deyilir ki, hər iki şirkət Azərbaycanın müdafiə sahəsinin və sənayesinin ehtiyacları üçün geniş spektrdə həllər təklif etmək üçün yaxşı imkanlara və unikal üstünlüklərə malikdir. "Meteor Aerospace" bildirir ki, bu əməkdaşlığın həyata keçirilməsi üçün Azərbaycanda "Caspian Meteor" adlı yeni birgə müəssisə yaradılıb. (//www.caspianmeteor.com/)

"Bakı Gəmiqayırma Zavodu" MMC artıq İsrail şirkətləri ilə birlikdə hərbi gəmilərin inşaatını həyata keçirir. 

"Meteor Aerospace" şirkəti isə hərbi sahədə geniş spekrdə müdafiə sistemləri işləyib hazırlayır. Bura maksimal yükgötürmə qabiliyyəti 1400, faydalı yük götürmə qabiliyyəti 700 kiloqram olan böyük pilotsuz uçan aparatlar, sürəti saatda 60 uzla çatan sürətli, pilotlu və pilotsuz gəmilər, pilotsuz yerüstü avtomobillər, yüksək dəqiqlikli, böyük radiusa malik, böyük məsafələrdən ağır zərbələr endirmək imkanları olan raketlər daxildir.

"Meteor Aerospace" 2013-cü ildə biznesmen İshaq Nissan tərəfindən təsis edilib, hazırda o şirkətin idarə heyətinin sədri və baş icraçı direktorudur. Daha əvvəl İshaq Nissan digər iri hərbi sənaye şirkəti olan "İsrael Aerospace Industries" (IAI) şirkətinin baş direktoru və prezidenti olub. Və İsraildə və dünyada müdafiə və aerokosmik sahədə 30 illik iş təcrübəsinə malikdir.

İshaq Nissan əsas silah sistemlərinin, o cümlədən hava hücumundan müdafiə təyinatlı və hücum təyinatlı raketlərin, pilotsuz uçan aparatların, peyklərin, ballistik raketlərə qarşı raketlərin və radarların işlənib hazırlanmasına, istehsalına başçılıq edib.

Qeyd edək ki, F-35 beşinci nəsil döyüş təyyarələri şirkətin istehsal etdiyi "Meteor" raketləri ilə təchiz olunub.


Oxunub: 405






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim