reklam
USD
3 ℃
EUR
BAKI

"McDonalds"ın restoranında nöqsan aşkarlanıb

CANLI TV / 23.03.2021 23:17
"McDonalds"ın restoranında nöqsan aşkarlanıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

"carciTV" xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 269 ictimai iaşə obyektində 472 monitorinq keçirilib.

Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

1. Sumqayıt şəhəri, 20 Yanvar küçəsi 65 ünvanında yerləşən, fiziki şəxs Bağırov Murad Tofiq oğluna məxsus "Bibər Pizza" restoranı;

2. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Abbasov Fazil Həşim oğluna məxsus "Ayanz" restoranı;

3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Muxtarova Sonaya məxsus "Faxralı” restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən, fiziki şəxs Yusifli Orxan Sərdar oğluna məxsus "Kvadrat Bar” restoranı;

5. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2, Xavər Vəliyev küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Kamal Vaqif oğluna məxsus kafe;

6. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə, ev 2 ünvanında yerləşən, fiziki şəxs Əzimov Samir Səttar oğluna məxsus kafe;

7. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Xavər Vəliyev küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Əlizadə İsmayıl Ağadadaş oğluna məxsus çay evi;

8. Bakı şəhəri, Səbail rayonu, Ə. Əliyev küçəsi, ev 11 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cavid Cabir oğluna məxsus kafe;

9. Bakı şəhəri, Səbail rayonu, Rzayeva küçəsi, ev 13m ünvanında yerləşən, fiziki şəxs Qafarov Emin Murad oğluna məxsus "Nest” restoranı;

10. Bakı şəhəri, Yasamal rayonu‎, Zahid Xəlilov ilə Şəhriyar küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Novruzova Sürəyya Tufan qızına məxsus "Avalon" kafesi;

11. Bakı şəhəri, Yasamal rayonu‎, Şəhriyar küçəsi 28B ünvanında yerləşən, fiziki şəxs Məsimov Müslüm Polad oğluna məxsus "Daş dövrü" restoranı;

12. Bakı şəhəri, Nərimanov ‎rayonu, Təbriz küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Səxavət Şahlar oğluna məxsus kafe;

13. Bakı şəhəri, Nəsimi ‎rayonu, Behbudov küçəsi 26M ünvanında yerləşən, fiziki şəxs Abbasov Elgün Əvəz oğluna məxsus "Köz” kafesi;

14. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 59B ünvanında yerləşən, hüquqi şəxs "McDonald`s Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə məxsus restoran;

15. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 74H‎ ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət oğluna məxsus kafe;

16. Gəncə şəhəri, Nərimanov 438C ünvanında yerləşən, fiziki şəxs Abbasov Tural Etibar oğluna məxsus "Boçka” kafesi;

17. Salyan rayonu, Ələt-Astara şossesində yerləşən, fiziki şəxs Mustafayev Elvin Mail oğluna məxsus restoran;

18. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Məhərrəmov Pərviz Xamis oğluna məxsus "Qədim Basqal” kafesi;

19. İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən, fiziki şəxs Haşımlı Könül Əli qızına məxsus "Cənnət Bağı” restoranı;

20. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 4/6 ünvanında yerləşən, hüquqi şəxs "New Bakı Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "The Merchant” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


Oxunub: 422






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim