reklam
USD
3 ℃
EUR
BAKI

Bu xidmətlər PULSUZ OLACAQ

CANLI TV / 28.03.2021 22:52
Bu xidmətlər PULSUZ OLACAQ



Azərbaycanın 59 rayonunda icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən isə qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.

"carciTV" xəbər verir ki, bu günə qədər tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, mamalıq və ginekologiya ilə bağlı olub.

İcbari tibbi sığorta vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edir. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində aprelin 1-dən tətbiq olunacaq icbari tibbi xidmət zamanı vətəndaşların istifadə edə biləcəyi xidmətlərin bir hissəsini təqdim edirik:

Yoluxucu xəstəliklər mənbəyində xəstə ilə təmasda olan şəxslər arasında profilaktik müayinələrin aparılması və/və ya ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə göndərişlərin verilməsi
Uroloqun müayinəsi USM ilə
Ginekoloqun müayinəsi USM ilə
Göz yaşı kanalının açılması, uşaqlarda
Doğuşa əllə yardım - Normal doğuş
Epilepsiya əməliyyatı materialı müayinəsi
Onurğa beyni strukturlarında digər bərpa xarakterli və plastik əməliyyatlar
Qaraciyər koması ilə ağırlaşan A hepatiti
Qaraciyər koması baş vermədən müşayiət olunan delta-amilli (koinfeksiya) kəskin B hepatiti
Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi
Fəqərə sınığının bərpası (osteosintez)
İnsulindən asılı şəkərli diabet, koma ilə
Yumurtalıqlarda aparılan diaqnostik prosedurlar (diaqnostik laparoskopiya)
Sünnət
Döl və yenidoğulmuşun, ananın alkoqollu içkilərdən istifadə etməsi ilə əlaqədar zədələnmələri
Ürək qapağı protezi ilə bağlı mexaniki mənşəli ağırlaşma
Uşaqlıq, gənclik və presenil katarakta


Oxunub: 468






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim