reklam
USD
6 ℃
EUR
BAKI

“Uşaqpulu” vermək üçün dövlətə nə qədər pul lazımdır? - İZAHAT

XƏBƏR / 06.04.2021 00:03
"Uşaqpulu” vermək üçün dövlətə nə qədər pul lazımdır? - İZAHAT


"Uşaqpulu”nun yenidən bərpa edilməsi ilə bağlı təkliflər son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biridir. Rəylərdən məlum olur ki, əksəriyyət "uşaqpulu”nun bərpasının tərəfdarı olsa da, onun məbləği ilə bağlı ortaq fikir yoxdur.

"Uşaqpulu”nun aylıq məbləğinin 50, 100, hətta 300 manat təklif edən fikirlərə rast gəlmək olur. Bəziləri isə "uşaqpulu”nun yaşayış minimumu səviyyəsində, yəni 175 manat verilməsini təklif edir.  

Bəs, qeyd edilən məbləğlərdə "uşaqpulu”nun təyin edilməsi üçün dövlətə nə qədər pul lazımdır?

Məbləği dəqiq müəyyənləşdirmək üçün ölkəmizdə olan uşaqların sayını bilmək lazımdır.

"carciTV" xəbər verir ki, 2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, yaşı 18-ə qədər olan Azərbaycan vətəndaşlarının sayı 2,637 milyon nəfərdir. Əgər uşaqların sayına görə hər ay 50 manat müavinət verilərsə, bunun üçün ayda 131,85 milyon manat, bir ildə 1,582 milyard manat vəsait lazımdır. 

"Uşaqpulu” 100 manat olacağı təqdirdə dövlət büdcəsindən aylıq 263,7 milyon manat, illik 3,164 milyard manat ayrılmalıdır. Dövlət yaşayış minimumu əsasında müavinət vermək istəsə, ona ayda 461,5 milyon manat, ildə 5,537 milyard manat lazımdır. Daha radikal təklifə görə uşaqlara hər ay 300 manat müavinət verilməlidir. Bunun üçün dövlət büdcəsindən hər ay 791,1 milyon manat, ildə 9,5 milyard manat xərclənməlidir. 

Xatırladaq ki, ölkəmizdə 2006-cı ildən "uşaqpulu” verilmir. Onun əvəzində yoxsul ailələrə ünvanlı sosial yardım ayrılır. 2021-ci ilin dövlət büdcəsindən ünvanlı sosial yardım üçün 257,7 milyon manat, 2020-ci ildə 244,1 milyon manat ayrılmışdı. Ünvanlı yardımdan 299 min insan, o cümlədən 163 min uşaq yararlanıb. 

İndiki yardım sistemi uşaqların 6,2 faizini əhatə edir və ünvanlı yardım alan ailələrdəki uşaqların hər birinə ayda orta hesabla 50 manat yardım düşür. Buradan görünür ki, dövlət uşaqlar üçün hər ay cəmi 8,15 milyon manat, ildə 97,8 milyon manat xərcləyib. Əgər bu məbləğ "uşaqpulu” şəklində bütün uşaqlara ayrılsa, onda bir uşağa ayda 3,1 manat pul düşür.


Oxunub: 384






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim