reklam
USD
24 ℃
EUR
BAKI

Zəngəzur dəhlizi Türk dünyasının inkişafına yeni nəfəs verəcək

MÜSAHİBƏ / 06.04.2021 00:26
Zəngəzur dəhlizi Türk dünyasının inkişafına yeni nəfəs verəcək



Qırx dörd günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar geosiyasi məsələlərə də təsirsiz ötüşmür. Yeni əməkdaşlıq və tərəfdaşlıq konfiqurasiyası müasir yanaşma və metodları tələb edir. Artıq Qarabağ probleminin həllindən sonra Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya regionlarında, bütövlükdə türk dünyasında inkişafın yeni mərhələsinə keçmək üçün real şanslar yaranıb. Bu mənada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşü türk dövlətləri arasındakı birliyin, əməkdaşlığın daha da inkişaf etməsi baxımdan mühüm töhfə olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Zirvə görüşündə müzakirə edilən mühüm məsələlərdən birinin məhz Zəngəzur dəhlizi olduğunu vurğulayan deputat bildirib: "Prezident İlham Əliyev çıxışı zamanı dəhlizin əhəmiyyətini xüsusi vurğuladı. Bu da səbəbsiz deyil. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Ümumilikdə Zəngəzur dəhlizi türk dünyasının inkişafına yeni nəfəs verəcək”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi. "Çünki bu maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaradır. Eyni zamanda, bu, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Həmçinin Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Heç şübhəsiz ki, nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi perspektivdə region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Eləcə də Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış yeni körpü olacaq. Məhz bütün bunlara görə də Prezident İlham Əliyevin Zirvə görüşündə Zəngəzur dəhlizi ilə bağlı çıxışı Avrasiya geosiyasi məkanı üzrə ünvanlanmış mühüm tarixi-siyasi mesaj idi”, - deyə deputat vurğulayıb.


Oxunub: 295






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim