reklam
USD
6 ℃
EUR
BAKI

Təmas Qrupunun nümayəndələri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

XƏBƏR / 06.04.2021 23:59
Təmas Qrupunun nümayəndələri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar



Aprelin 6-da İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar.

Təmas Qrupuna daxil olan doqquz ölkənin nümayəndəsini Prezident Administrasiyasının məsul əməkdaşı Fərhad Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müşayiət ediblər.

Səfərin məqsədi Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrini Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Qonaqlar oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Növbəti müharibə cinayəti isə oktyabrın 17-də törədilib. Düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U”, "Smerç”, "Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo və Qambiya Respublikasının İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsinin müavini Jah Abu Bakir jurnalistlərə açıqlamalarında erməni terrorunu sərt şəkildə qınadıqlarını bildirib, dinc azərbaycanlı əhalinin məqsədli şəkildə hədəf alınmasının insanlıqla bir araya sığmadığını diqqətə çatdırıblar. Onlar İƏT-in daim Azərbaycana dəstək olduğunu və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıblar.

Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.


Oxunub: 312






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim