reklam
USD
4 ℃
EUR
BAKI

Milli Kitabxanada “Molla Nəsrəddin – 115” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

CANLI TV / 07.04.2021 20:45
Milli Kitabxanada "Molla Nəsrəddin – 115” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub



Bu gün ilk satira-karikatura jurnalımız olan "Molla Nəsrəddin”in nəşrə başlamasının 115 ili tamam olur. Cəlil Məmmədquluzadə irsi və onun redaktorluğu ilə nəşrə başlayan "Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının və çoxəsrlik ədəbiyyatımızın mühüm bir istiqamətini təşkil edir. Əsrlərin sınağından qalibiyyətlə çıxan, çağdaş dövrümüzdə də öz əhəmiyyətini və unikallığını qoruyub saxlayan "Molla Nəsrəddin” jurnalı Şərq dünyasında ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını Azərbaycan milli mətbuatının salnaməsinə yazıb. Azərbaycan satirik mətbuatının zirvəsi olan "Molla Nəsrəddin” jurnalı Şərqdən Qərbə qədər böyük bir arealda yayılaraq şöhrət qazanıb və mollanəsrəddinçilər ədəbi nəslinin ölməz irsinin tanıdılması və təbliğində mühüm rol oynayıb. Jurnalın bu böyük xidmətləri çoxmilyonlu oxucular tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də dövlət qayğısı ilə əhatə olunub və öz layiqli qiymətini alıb.

"Molla Nəsrəddin” jurnalının Şərqdən Qərbə qədər yayılıb şöhrət qazanmasında onun yığcam, lakonik publisistik yazıları, satirik parodiyalar şəklində qələmə alınan poeziya nümunələri ilə yanaşı, dura biləcək karikaturaları da mühüm rol oynayıb.

"carciTV" xəbər verir ki, bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Molla Nəsrəddin – 115” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar yazılmış kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Molla_Nesreddin_115/index.htm linkindən istifadə edə bilərlər.


Oxunub: 412






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim