reklam
USD
16 ℃
EUR
BAKI

Azərbaycan dənizdəki küləkdən enerji istehsal edəcək

REPORTAJ / 15.04.2021 00:08
Azərbaycan dənizdəki küləkdən enerji istehsal edəcək


Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Energetika Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Anlaşma Memorandumu imzalanıb.

"carciTV" xəbər verir ki, bu memorandum Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi, həmçinin energetika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlər kontekstində imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: 

"Bərpa olunan enerji dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi və şaxələndirilmiş  yeni inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bərpa olunan enerjinin istehsal və istehlakda əhəmiyyətli mövqeyə malik olması dənizin də külək enerjisi potensialından istifadəni zəruri edir. Xəzər dənizinin zəngin enerji resursları yalnız karbohidrogen sənayesinin deyil, yaşıl enerji sektorunun inkişafı üçün də mühüm mənbədir. IFC ilə birgə əməkdaşlıq səyləri Azərbaycanda dənizdəki külək enerjisinin istehsalının inkişafına, habelə bərpa olunan enerjidən istifadə sahəsinə və karbon emissiyalarının azaldılmasına töhfə verəcək.”

Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə direktoru Vibke Şloymer deyib: 

"IFC-nin Azərbaycan üzrə strateji prioritetlərindən biri ölkənin özəl sektorun iştirak etdiyi yeni inkişaf modelinə keçidini dəstəkləməkdir. Neft və qaz resursları ilə zəngin olan ölkənizə dənizdə külək enerjisi potensialının müəyyənləşdirilməsinə və inkişaf etdirilməsinə yardım etməklə özəl sektorun inkişafı gücləndirilə, eyni zamanda, enerji keçidi dəstəklənə bilər. Bu, Azərbaycanın infrastrukturunun inkişafında və iqlim dəyişikliyi ilə mübarizədə katalizator rolunu oynayacaqdır".

Memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib-hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur. 

Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin "Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan "Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində maliyyələşdirilir. ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilir. 

Xatırladaq ki, 100-dən çox ölkədə fəaliyyət göstərəm Beynəlxalq Maliyyə Korporasiyasına Azərbaycan 1995-ci ildən üzvdür.


Oxunub: 316






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim