reklam
USD
11 ℃
EUR
BAKI

Mənzilini kirayə verən şəxs vergi ödəməlidir - Dövlət Vergi Xidməti

CANLI TV / 19.04.2021 01:42
Mənzilini kirayə verən şəxs vergi ödəməlidir - Dövlət Vergi Xidməti


"Mənzilin kirayə verilməsi ilə əlaqədar əldə edilən gəlirdən 14 faiz gəlir vergisi ödənilməlidir". 

"carciTV" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən kirayə mənzil bazarında vergidən yayınmalara qarşı hansı mübarizə tədbirlərinin görüldüyü ilə bağlı sorğuya cavab olaraq bildirilib.

Qeyd edilib ki, mənzili kirayə verilməsi ilə əlaqədar kirayə haqqını ödəyən fiziki şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, kirayəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi uçota alınmalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır:

"Sonra hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir”.

Dövlət Vergi Xidmətinin rəis müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Samirə Musayevanın adından daxil olan cavabda əlavə edilib ki, mənzili kirayə götürən şəxs əmlakdan sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etmədiyi halda həmin şəxsin  vergi orqanında uçota alınma öhdəliyi yaranmır: 

"Eyni zamanda kirayə müqavilələri barədə məlumatlar vergi orqanına təqdim edildiyi halda vergi orqanları tərəfindən həmin məlumatlar vergilərin hesablanması zamanı əlaqəli məlumat kimi istifadə edilir. Vergi orqanları müxtəlif formalarda vergidən yayınan şəxslər barədə müvafiq məlumatlar əldə etdiyi halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilərin hesablanmasını həyata keçirə bilər. Belə ki, vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri vergi ödəyicilərinin fəaliyyətinin əhatə edən nəzarət forması olduğundan və mənzilin kirayə verilməsindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçotda olmadığından bu şəxslər vergi nəzarətinin əhatə etdiyi subyektlərə aid edilmir".


Oxunub: 398






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim