reklam
USD
24 ℃
EUR
BAKI

Solovyov Azərbaycana RAKET zərbələrini Rusiyanın endirdiyini etiraf edib

REPORTAJ / 20.04.2021 00:15
Solovyov Azərbaycana RAKET zərbələrini Rusiyanın endirdiyini etiraf edib



Kremlin üfunət saçan ruporu həyasızcasına hər şeyi açıqlayıb.

Kremlin əsas təbliğat alətlərindən olan telejurnalist Vladimir Solovyov son canlı efirində Ukrayna-Rusiya qarşıdurmasından danışarkən Qarabağ mövzusuna da toxunub. Azərbaycanın möhtəşəm qələbəsini və ermənilərin biabırçı məğlubiyyətini heç cür həzm edə bilməyən bu rəzil məxluq növbəti dəfə ölkəmizə qarşı nifrətini gizlətməməklə yanaşı, maraqlı bir etirafa da imza atıb.
"carciTV” xəbər vrir ki, Rusiyanın "Dojd” telekanalında Ukrayna ilə bağlı yayımlanan bir verilişdə V.Solovyovun çıxışına yer verilib. Həmin çıxışda jurnalist adı ilə pərdələnən bu təxribatçı Ukraynaya təkcə Donbassda və Krımla sərhəddə deyil, ölkənin dərinliklərində də raket zərbələri endirməyi və hətta Kiyevi ələ keçirməyi təklif edir. Və bu zaman Rusiyanın Suriyada və Qarabağ müharibəsindəki təcrübəsinə istinad edir.

"Dojd”-un efirində yayımlanan və aşağıda təqdim etdiyimiz videonun 40-cı saniyəsindən başlayaraq, Solovyovun Ukraynaya xitab etdiyi çıxışında deyilir: "Yox, bu artıq Suriyanın, Qarabağın ardınca növbəti variant olacaq. Bu, Ukraynanın dərinliklərindəki infrastruktur, toplaşma yerləri və həyati əhəmiyyətli obyektlərə raket-bomba zərbələrinin endirilməsinin mümkünlüyüdür. Karen Qriorqiyeviçin dediyi kimi, həm də Kiyevin götürülməsi deməkdir...”
Göründüyü kimi, Kremlin üfunət saçan bu ruporu bilərəkdən, ya bilmədən Suriyada olduğu kimi, Azərbaycanın da dərinliklərinə raket-bomba zərbələrinin endirildiyini və bu prosesin birbaşa Rusiyanın iştirakıyla həyata keçirildiyini etiraf edir. Və təklif edir ki, eyni zərbələr Ukraynaya da endirilsin.
Məlum olduğu kimi, müharibənin bitdiyi günlərdə Şuşaya və eləcə də Bakı istiqamətində müxtəlif modifikasiyalı raketlər atılmışdı. Gəncədə, Bərdədə, Tərtərdə dinc əhalinin Ermənistandan atılan raketlərlə qətlə yetirilməsi bütün dünyanın gözü qarşısında baş verdi. 

Şuşaya atılmış "İskəndər-M” raketlərinin qalıqları hazırda Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilir və ölkə başçısı bu raketlərin müharibə meydanında, Azərbaycan ərazisində nə gəzdiyini, onların Ermənistanın əlinə necə keçdiyini Rusiyadan soruşsa da, hələ ki, rəsmi Moskva buna susqunluqla cavab verir. Əvəzində, Kreml açıq şəkildə Azərbaycana bu regionda istifadəsi qadağan edilmiş raketlərlə zərbə endirildiyini və Rusiyanın bu işdə birbaşa iştirakını solovyovlar, jirinovskilər və digərlərinin ağzı ilə etiraf edir.
Ancaq maraqlıdır ki, hər şeyin gün kimi aydın, Rusiyanın ermənipərəstliyi və Azərbaycana qarşı təcavüzkar mövqeyi ortada ola-ola Azərbaycanda hələ də Moskvaya qulbeçəlik edənlər, ona xidmət edən "5-ci kolon” nümayəndələri var. Yəqin ki, Bakıya və digər yaşayış məntəqlərimizə atılan həmin raketlkərdən biri bu şərəf yoxsullarının evinə düşsəydi belə, onlar öz naqisliklərindən, satqınlıqlarından, yaltaqlıqlarından əl çəkməyəcəkdilər.
Bütün bu baş verənlər, Solovyov kimilərin utanmaz, hayasız etirafları və Azərbaycana meydan oxumaları "belə bir ölkənin Qarabağda nə işi var”, "Rusiyadan sülhməramlı olarmı” kimi sualları yenidən gündəmə gətirir və cəmiyyətdə haqlı olaraq, bu işğalçının nə zaman Qarabağdan rədd olacağı barədə suallar yaradır.


Oxunub: 304






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim