reklam
USD
4 ℃
EUR
BAKI

"Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq" - İlham Əliyev

CANLI TV / 20.04.2021 21:33
"Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq" - İlham Əliyev



"Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir".
Bu fikirləri Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
"Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. 
Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. 

Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır", - dövlət başçısı deyib.


Oxunub: 370






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim