reklam
USD
14 ℃
EUR
BAKI

SABİRABAD RAYONUNDA 1-Cİ QRUP ƏLİL NİYƏ İNCİDİLİR?..

XƏBƏR / 20.04.2021 23:42
SABİRABAD RAYONUNDA 1-Cİ QRUP ƏLİL NİYƏ İNCİDİLİR?..


     Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq, müraciətlərdə qaldırılan məsələlərin həllini təmin etmək üçün onların təhlili çox vacib məsələlərdən biridir. Müraciətlərin dinamikası, onların növ və xarakter etibarilə tərkibi müntəzəm təhlil edilərək respublikada vətəndaş müraciətlərinə necə baxılması barədə dolğun təsəvvür əldə olunur və bu işi daha da yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülür.
     Qeyd etmək lazımdır ki, vətəndaş müraciətlərinin təhlili təkcə statistik rəqəmlərdən ibarət deyildir. Təhlil prosesində müraciətlərin coğrafi bölgüsü, şəhərlər və rayonlar üzrə dinamikası öyrənilməklə bərabər, həm də onların dövlət orqanlarında necə araşdırıldığı, hansı tədbirlər görüldüyü, onların yaranma səbəbləri öyrənilir, müraciətlərdə qaldırılan problemlərin həlli və gələcəkdə təkrarlanmaması üçün hansı qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi müəyyən edilir.
     "Carçı” televiziyasına daxil olan müraciətlərin növlər üzrə öyrənilməsi onların daha ətraflı təhlilinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda mövcud olan problemlər barədə dəqiq və düzgün məlumat əldə etməyə, həmin qurumların üzərinə düşən vəzifələri necə yerinə yetirdiyini təhlil etməyə, müvafiq nəticələr çıxarmağa imkan verir. Bu baxımdan daxil olan şikayətlərin ətraflı təhlili hər bir şəhər və rayon, hər bir sahə üzrə araşdırılır. Şikayətlərin təhlili göstərir ki, bunlar əsasən biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda, onlar, təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına, müxtəlif mətbuat orqanlarına, internet saytlarına müraciət etməli olurlar.
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il yanvarın 29-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda demişdir: "Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər”. 
     Amma təəssüf ki, reallıqda belə deyil. Ölkə rəhbərinin verdiyi tapşırıqlara yerli məmurlar göz yumur, öz vəzifə səlahiyyətlərini aşaraq vətəndaşları, habelə sosial durumu zəif insanları incidir, həm özlərindən, həm də dövlətdən narazı salırlar. "Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir” fikrini az qala hər bir çıxışında vurğulayan dövlət başçısının tövsiyyələrinə əməl etməmək, tapşırıqları yerinə yetirməmək onlara heş bir başucalığı gətirə bilməz.
     Redaksiyamıza Sabirabad rayonunun Şəhriyar kəndinin sakini, 1-ci qrup əlil Şəlalə Əlisahib qızı Muxtarovanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı şikayət ərizəsinin bir nüsxəsi Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, bir nüsxəsi Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, bir nüsxəsi də "Carçı” televiziyasına göndərilib. 1-ci qrup əlil Ş.Muxtarovanı narahat edən problem nədir? 
     Şəlalə xanım yazır ki, dövlət ona 1-ci qrup əlil kimi müavinət kəsib. Bundan başqa ayrı yerdən pul almadığını, evinə gəlir gəlmədiyini bildirən şikayətçi onu da qeyd edib ki, dövlət eyni zamanda ona torpaq sahəsi də ayırıb, amma mövcud sağlamlıq durumuna və yayarsız olduğuna görə orada əkin-biçin işləri apara bilmir. Atasının ona verdiyi 4 sotluq torpaqın müəyyən hissəsində birotaqlı ev tikdirmək istəyində olan Şəlalə xanım buna maddi imkanının olmadığını yazır. Xəstəliyinə görə 30 ildir ailəsindən ayrılmış Ş.Muxtarova şikayət ərizəsində qeyd edir ki, fiziki cəhətdən sağlamlığını itirdiyi bu müddət ərzində nə yerli məmurlardan biri onun sağlamlıq durumu ilə maraqlanıb, nə də ona maddi yardım göstərib. Şikayətçi  Şəlalə Muxtarova hər il öz halal haqqını - ona ayrılnmış sanatoriya göndərişini və dərmanlarını ala bilmir. 
     Şikayətçi daha sonra yazır ki, hazırda bacısının həyətində balaca bir komada acınacaqlı vəziyyətdə yaşayır, maddiyyatsızlıq ucbatından bütün kommunal xərclərini də bacısı ödəyir. Xəstəxanadan ona düşən dərmanları almağa gedəndə isə baş həkim deyir ki, yoxdur. 
Bu məktubun məzmunundan hansı nəticələrə gəlmək olar?
     1-ci qrup əlil Şəlalə Muxtarova kimi vətəndaşların müraciətlərinin təhlili, onların yaranma səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz. Unutmaq olmaz ki, Sabirabad rayonunda əlil Ş.Muxtarovanın onu narahat edən məsələlərlə bağlı müraciətlərinə diqqətlə yanaşılsaydı, rayondakı aidiyyəti dövlət qurumları öz vəzifələrini yerinə yetirsəydilər, belə bir məktub da üzə çıxmazdı. 
     Lakin Şəlalə xanıma əsaslı cavab verilmədiyi, lazımi köməklik göstərilmədiyi üçün o da öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara, yuxarı instansiyalara, media qurumlarına müraciət göndərib. 
     Araşdırmalarımız göstərir ki, əlil Ş.Muxtarovanın bu müraciəti yerli məmurların ona qarşı laqeydliyinin, biganə münasibətinin nəticəsidir. Həmin məmurlara xatırlatmaq istərdik ki, "Vətəndaşların müraciətləri haqqında” Qanunun əsas maddələrindən biri də bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən 16-cı maddədir və həmin maddədə konkret olaraq göstərilir ki, qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu əks etdirir.
     Prezident İlham Əliyevin dövlət orqanları rəhbərlərinin qarşısında qoyduğu əsas vəzifələrdən biri də vətəndaşların yerlərdə qəbul olunması və onların müraciətlərinin yerindəcə həll edilməsi istiqamətində tədbir görülməsidir. Bəzi hallarda yerli icra hakimiyyəti orqanlarında və digər dövlət qurumlarında vətəndaşların müraciətləri öz həllini tapmadığına görə onlar yuxarı dövlət orqanlarına üz tuturlar. Şəlalə xanımın müraciətini təhlil edərkən aydın olur ki, onu daha çox narahat edən məsələlərdən biri rayonda qarşılaşdığı bürokratik əngəllər, onların problemlərinə laqeyd yanaşılması, müraciətlərinə cavab verilməməsi hallarıdır.
     Şəlalə xanım məktubunun sonunda onu da bildirir ki, əməliyyatı ilə bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya göndərdiyi müraciətə əsasən aldığı məktubun icrası da yerinə yetirilməyib. Belə ki, Mehriban xanımın məktubu əsasında ETİ-yə və oradan da Bərpa İnstitutuna üz tutub. Bərpa İnstitutunda əlilin əməliyyat olunması bildirilib. Amma o, hələ də gözləməkdədir.  
Sonda ölkə Prezidentinin vacib bir fikrini Sabirabad rayonunun yerli məmurlarının, xüsusən də icra hakimiyyətinin nəzərinə çatdırmaq istərdik: "Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq”.

"carciTV”


Oxunub: 707






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim