reklam
USD
7 ℃
EUR
BAKI

Türkiyə siyasətçiləri Baydenin bəyanatını sərt qınadılar

XƏBƏR / 24.04.2021 23:18
Türkiyə siyasətçiləri Baydenin bəyanatını sərt qınadılar


"Siyasi qisas üçün tarixin təhrif olunmasının göstəricisi olan 1915-ci il hadisələrinin Bayden tərəfdən qiymətləndirməsini rədd edirik”.

"carciTV” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay özünü tvitter səhifəsində yazıb.

"Ermənilərin irəli sürdükləri əsassız iddialara əsaslanan və erməni üsyançıları tərəfindən öldürülən türklərin əzab və acılarına məhəl qoymayan bu ifadənin millətimizin və tariximizin qarşısında heç bir dəyəri yoxdur. Arxivlərimiz həqiqətləri görmək istəyənlər üçün açıqdır”.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun da ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da "1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında "erməni soyqırımı” ifadəsini işlətməsinə sərt reaksiya bildirib.

"Bayden rəhbərliyinin 1915-ci il hadisələrini "soyqırım” kimi qiymətləndirməsini qətiyyətlə rədd edirik və bunu ən sərt şəkildə qınayırıq. Vaşinqton şərəfli tariximizə kölgə salmağı seçdiyindən ikitərəfli münasibətlərimiz baxımından son dərəcə uğursuz, kədərli bir gün yaşayırıq.

isə bildirib ki, tarixi hadisələr tarixçilər tərəfindən öyrənilməlidir. O, qeyd edib ki, siyasi konyunkturanın dar maraqları tarixi həqiqətləri müəyyənləşdirə bilməz:

"Əslində, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, 1915 hadisələrini araşdırmaq üçün "Birgə Tarix Komissiyası”nın qurmaqla bağlı çağırış edəndə, tarixi bir mövzunu siyasət və pis niyyətli dairələrin kölgəsindən qurtarmaq istədi. Həqiqətin sənədlər vasitəsi ilə açıqlanacağından qorxanlar bu çağırışa cavab verə bilmədilər. ABŞ Prezidenti bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdı”.

"Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanla əvəz edilə bilməz. Əsla şanlı tariximizdə heç bir erməni soyqırımı olmayıb! Heç bir tarixi əsasları olmayan bu yalanı təqdim edənlər və qəbul edənlər tarixi rüsvayçılığa yol verirlər. Erməni lobbisinə yarınaraq Türkiyəyə bu böhtanı atanlara Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrini, Xirosima və Naqasakidə atdıqları atom bombası ilə kəsdikləri nəsilləri, Amerikada qırmızı dərililərin tək-tək yox edildiyini xatırlatmaq istəyirik. Erməni terror təşkilatı ASALA-nın ABŞ-da Los Ancelesdə Baş konsulumuz Mehmet Baydarı 1973-cü ildə necə qətlə yetirdiklərini və digər qətliamlarını unutmadıq”-deyə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Numan Kurtulmuş özünü tvitter səhifəsində bildirib.


Oxunub: 358






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim