reklam
USD
7 ℃
EUR
BAKI

Türkiyə mediası: Azərbaycan bütün varlığı ilə Türkiyəni dəstəkləyir

XƏBƏR / 26.04.2021 21:44
Türkiyə mediası: Azərbaycan bütün varlığı ilə Türkiyəni dəstəkləyir


ABŞ Prezidenti C.Baydenin qondarma "erməni soyqırımı” ilə əlaqədar ədalətsiz bəyanatı ilə bağlı Azərbaycanın Türkiyəyə verdiyi dəstək qardaş ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Türkiyə cəmiyyətinin bütün təbəqələrində bu dəstək əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilir.

AZƏRTAC xəbər verir ki, aprelin 24-də məlum bəyanatdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı baş tutan telefon danışığı qardaş ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Anadolu, DHA, İHA xəbər agentlikləri, "TRT Haber”, "TRT Avaz”, "Haber Türk”, "A Haber”, "Haber Global” telekanalları, "Milliyet”, "Akşam” və digər qəzetlər də daxil olmaqla ölkənin aparıcı media orqanları tərəfindən yayılan xəbərlərdə Azərbaycanın qardaş dəstəyi önə çəkilib. Anadolu Agentliyi bu barədə informasiyanı bir neçə dildə yayıb. Türkiyə mediası ABŞ-Prezidentinin bəyanatını tarixi səhv adlandıran Prezident İlham Əliyevin telefon danışığı zamanı səsləndirdiyi fikirləri ictimaiyyətə günün baş xəbəri kimi təqdim edib.

Azərbaycan xalqı, dövləti və hökuməti tərəfindən ABŞ Prezidentinin məlum açıqlamasına göstərilən sərt reaksiya ölkənin aparıcı mətbuat orqanlarının əsas mövzusu olaraq qalır. Diqqətə çatdırılır ki, Türkiyəyə qarşı bu ədalətsizliyə hazırda Azərbaycan ictimaiyyəti yekdil şəkildə etirazını nümayiş etdirir.

Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışıqları da bu ölkənin KİV-ləri tərəfindən geniş işıqlandırılıb. Qeyd olunub ki, Azərbaycan dövləti və xalqı sonadək Türkiyənin yanında olacağını ifadə edib. Türkiyə mediası, həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məsələ ilə bağlı açıqlamasına da yer ayırıb.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma "erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanatı da Türkiyə kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. "Azərbaycanda siyasi partiyalardan ortaq bəyanat: ABŞ Prezidentinin mövqeyini sərt şəkildə qınayırıq” sərlövhəsi ilə yayılan bu xəbər ölkə mətbuatının manşet xəbəri kimi təqdim edilib.

Qeyd edək ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri, dərnək rəhbərləri, elm və mədəniyyət adamları da məsələ ilə bağlı kəskin etiraz nümayiş etdiriblər. Soydaşlarımızın sosial şəbəkələrdə Türkiyəyə dəstək və ədalətsizliyə etiraz səsi səngimək bilmir.

Xəbərlərin əksəriyyəti AZƏRTAC-a istinad olunmaqla təqdim edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara


Oxunub: 367






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim