reklam
USD
27 ℃
EUR
BAKI

Gənc sərbəst güləşçilərimiz Yakutskda güclərini sınayacaqlar

İDMAN / 29.04.2021 21:27
Gənc sərbəst güləşçilərimiz Yakutskda güclərini sınayacaqlar


Aprelin 30-da Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirinə start veriləcək.

"carciTV" Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, gənclər arasında keçiriləcək ənənəvi yarışda ölkəmiz də təmsil olunacaq. İki gün davam edəcək turnirdə gənclərdən ibarət millimizin böyük məşqçisi Cəbrayıl Həsənovun rəhbərliyi altında Murad Haqverdiyev (57 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (74 kq) çıxış edəcəklər.

Hər 3 güləşçi iki il əvvəl Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının mükafatçısı olub. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda M.Haqverdiyev, C.Hacıyev qızıl, S.Cəfərov isə gümüş medal qazanıblar. Bundan başqa, S.Cəfərov yeniyetmələr arasında Avropa çempionu, M.Haqverdiyev yeniyetmələr arasında Avropa ikincisi və dünya üçüncüsü, C.Hacıyev isə yeniyetmələr arasında dünya çempionu və Avropa ikincisi ünvanına sahib olub.

Qeyd edək ki, aprelin 30-da xatirə turnirində bütün çəkilər üzrə mübarizəyə start veriləcək və günün sonunda finalçılar müəyyənləşəcək. Mayın 1-də isə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalarla yarışa yekun vurulacaq.


Oxunub: 321






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim