reklam
USD
4 ℃
EUR
BAKI

Rusiya üçün ŞOK! Avropa Parlamenti kəskin qətnamə qəbul edib

XƏBƏR / 29.04.2021 23:31
Rusiya üçün ŞOK! Avropa Parlamenti kəskin qətnamə qəbul edib


Avropa Parlamenti Rusiyanın Ukrayna ərazisinə təcavüz edəcəyi təqdirdə, Avropa İttifaqının (Aİ) atacağı addımlara dair qətnamə qəbul edib.

Sənəddə bildirilir ki, Aİ ölkələri belə bir addım atılacağı təqdirdə, Rusiyadan neft və qazın idxalını dayandırmalıdır.

Bundan əlavə, Rusiyanın "SWIFT” vahid ödəniş sistemindən xaric olunması, habelə Rusiya hakimiyyətinə yaxın oliqarxlar və onların ailələrinə məxsus aktivlərin dondurulması və onların ittifaq ərazisinə buraxılmaması tövsiyə edilir.

Qətnamədə Rusiya qoşunlarını Donbassdan çıxarmağa, Krım və Sevastopolu Ukraynanın nəzarətinə qaytarmağa, Azov dənizi limanlarına beynəlxalq boğazlar vasitəsilə üzmə və tranzitə təminat verməyə, Minsk razılaşmalarının icrasına, "Normandiya prosesi”ndə aktiv iştiraka, bütün bunlarla yanaşı, həm də müxalif siyasi fəal Aleksey Navalnının azad edilməsinə çağırılır.

Sənəddə Çexiyadakı silah anbarının partladılması məsələsi də yer alıb. Qətnamədə göstərilir ki, hadisənin məsuliyyəti bütövlükdə Rusiya xüsusi xidmət orqanlarının üzərindədir. Aİ-yə üzv dövlətlər Rusiya diplomatlarını öz ərazisindən çıxarmağa çağırılır.

Sənədin lehinə 548, əleyhinə 25 avroparlamentari səs verib, 113 nəfər bitərəf qalıb. (carciTV)


Oxunub: 508






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim