reklam
USD
7 ℃
EUR
BAKI

Prezidenti aldadan "Qaçqınkom" və "Azərsu" Gəncədəki məcburi köçkün ailələrinə niyə texniki su içirdir?

XƏBƏR / 03.05.2021 23:07
Prezidenti aldadan "Qaçqınkom" və "Azərsu" Gəncədəki məcburi köçkün ailələrinə niyə texniki su içirdir?


Gəncə şəhəri ərazisində yerləşən, 600 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə içməli su problemi yaşayır. 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyevin və sabiq qaçqınkom rəhbəri Əli Həsənovun da iştirakıyla sakinlərin istifadəsinə verilən 2-ci məcburi köçkün qəsəbəsində bütün evlərə "Azərsu" ASC tərəfindən içməli su adı altında texniki su satılır.  
"Demokratik.Az"-a bu barədə qəsəbə sakinləri özləri məlumat veriblər. Məcburi köçkünlər narahatlıqla bildiriblər ki, onların uzun illərdir istehlak etdikləri suyun tərkibi çox bərbaddır və hətta, qəsəbəyə "Azərsu" tərəfindən təchiz edilən su bəzi dövlət sənədləri üzərində şirin su adlandırılsa da insan sağlamlığının tamamilə əleyhinədir. Su hətta ağacları belə qurudur, məişət əşyalarını və evlərin krantlarını tərkibindəki ərplə sıradan çıxarır.

Qəsəbə sakinlərinin şikayətindən belə aydın olur ki, "Azərsu" rəhbərliyi başda olmaqla, qəsəbəyə cavabdehlik daşıyan bəzi şəxslər sözügedən nöqsanın varlığından sui-istifadə edərək yalnız şəxsi məqsədləri naminə əlbir olaraq qeyri yollarla özlərinə karlı pullar qazanırlar. Belə ki, içməli suyun keyfiyyətli olmasına illərdir ki, səy göstərməyən, mühitin əsas sağlamlıq göstəricilərini tam unudan, insanların içməli su təhlükəsizliyinin tam təminatına laqeyid olan adamlar qəsəbədən ayda orta hesabla 10-12 000 (on - on iki min) manat, il ərzində isə 120-150 000 ( bir yüz iyirmi - bir yüz əlli min) manat civarında supulu ödənişi qismində küllü miqdarda pul vəsaiti toplayıblar ki, bu tendensiya illərdir davam etməkdədir.

Tonu 0,60 AZN olmaqla və adambaşına 5 kubmetr norma həddilə hər ay yığılan pulların büdcəyəmi, yoxsa "Azərsu" hesabına və ya konkret hansı ciblərə ötürülməsi, necə xərclənməsi özlüyündə ayrıca bir müəmmadır. Bu halın cinayət işi açılmaqla araşdırılmasına, korrupsioner sabotajçıların ifşasına və cəzalandırılmasına kəsin ehtiyac var. Bundan başqa, sözügedən sudan illərdir ki, içməyən bütün qəsəbəyə başbilən işbazlar tərəfindən müasir 3 tonluq çəndaşıyan maşın vasitəsilə (AZ10-JX-445 dövlət nömrə nişanlı) də günaşırı ağ su satılır.
Hər ev üçün gündə azı 10 litrlik tələbatla hesablasaq, bu da kimlərəsə (3 ton tutumlu maşın gündə iki reys edir - O.N) gündəlik 80 - 90 (səksən-doxsan) manat olmaqla aylıq 2500 (iki min beş yüz), illik gəlir kimi də 30 000 (otuz min) manat "təmiz" maddi gəlir gətirir. Böyük ehtimal, bu hesab-kitabdan da dövlət nəfinə bir qara qəpiklik fayda yoxdur.

Şikayətçi sakinlərin sözlərinə görə, qəsəbədə bu problemə ilk gündən rəvac verənlər maşınlarda onlara su satmaqla həm də özlərinin nöqsanlarını ört-bas etməyə çalışırlar və bu yolla maraqlı şəxslər illərdir kütləvi şikayətin oyanışının qarşısını almağı bacarırlar. Ən dəhşətlisi, məcburi köçkünlər hesab edir ki, onları su ilə sınağa çəkənlər öz əməllərilə təkcə onları deyil, xüsusi qayğısı və diqqəti sayəsində qəsəbənin 2014-cü ildən tikilib istifadəyə verilməsinə töhvə verən dövlət başçısının bilavasitə özünü aldadıblar. Qəsəbə istismara verilərkən paylanan evlərdə adi hamam şəraitinin və kanalizasiya sisteminin olmamasının prezidentdən gizlədilməsi də məsələnin ciddiliyinə əsas verir.
Rəsmi məlumatlardan da aydın olur ki, qəsəbə Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən, əsasən Kəlbəcər və Xocalı sakinlərindən olan vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə təsirli tədbirlərin görülməsi Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq salınmışdır. Və qəsəbə 14 noyabr 2014-cü ildə ölkə başçısının regiona səfəri çərçivəsində istifadəyə verilmişdir. Açılışda sabiq qaçqınkom sədri Əli Həsənov və Gəncənin sabiq icra başçısı Elmar Vəliyev də iştirak etmişdir.

Diqqətçəkici mühüm məqam o ki, sabiq vəzifəlilərin cənab prezidentə məruzə-məlumatlarında qəsəbədə hələ də mövcud olan su və kanalizasiya, eləcə də mənzillərdə sonradan sakinlərin özləri tərəfindən tikilmiş hamam şəraitinin yoxluğu problemi deyilməmişdir. İddialara görə, qəsəbənin ilkin layihələndirmə sənədlərində və smetalarda hamam və kanalizasiya tikintisi göstərilmiş, müvafiq təşkilatlarla razılaşdırılmışdır. Lakin, görünür qəsəbə tikintisinə nəzarət edən korrupsionerlərin büdcədən ayrılan milyonlarla vəsaiti "xortumlamaları" sayəsində deyilənlər bu ünvandan ərşə çəkilmişdir.  
Məlumat üçün onu qeyd etməliyik ki, qəsəbənin su təminatı üçün uzunluğu 30 kilometrdən çox olan su kəmərindən, yaxınlıqda inşa edilmiş nasosxana binasından və iritutumlu su anbarından istifadə edilir. Eləcə də, qəsəbəyə satılan suyun mənbəyi Goranboy rayonunun Mollaavazlı-Xoylu kəndi ərazisində quraşdırılmış bir artezianla tədarük edilir. Həmin artezianın da işləməsi üçün sərf edilən elektrik enerjisinin dövlət büdcəsindən datasiya edildiyi, anbar və nasosxananın da saxlanılması üçün müəyyənləşmiş büdcə vəsaiti ayrıldığı bildirilir. İşin təşkili naminə azı 5 nəfər isə əməkhaqqı alır. Yəni, qəsəbənin su təminatı üçün illərdir ki, xüsusi dövlət qayğısı mövcuddur, amma "dövlət baba" elə bilir ki, biçarə insanlar ekoloji təmiz su içir. Bəs belə olan halda, "qəsəbəyə verilən su məcburi köçkünlərə ümumiyyətlə pulla satılmalıdırmı?.." - sualına da rəsmi cavab tapılmalıdır. 

Şikayət ətrafında qısa araşdırma sayəsində müəyyən etdik ki, "Azərsu" rəhbərliyi Ekologiya Nazirliyinin müvafiq laboratoriyası tərəfindən sözügedən artezian suyunun içməyə 90-95% yararlılığı barədə sənəd ala bilib. Şikayətçilər də alınan rəyləri saxta hesab edir. "Azərsu"-yun regional nümayəndələri suyun keyfiyyətinə dair ayda bir neçə dəfə nümunələr götürərək sözügedən artezian suyuna "ƏLA!" qiymətlər yazdıra bilirlər. Bütün baş verənlər isə sadəcə rəzalətdir və vətəndaşlarımıza qarşı yolverilməz maxinasiyadır.

Qəsəbə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. Qəsəbədə Kəlbəcər rayonundan və Xocalıdan olan məcburi köçkünlərin yaşadığını nəzərə alsaq, sözügedən rayonların icra başçılarının və deputatların qəsəbədən bixəbər olmaları, bir dəfə də olsun bura ayaq basmamaları təəssüf doğurur. Sakinlər özləri icra başçılarından və deputatlarından xeyli incik düşdüklərini də açıq dilə gətirirlər. 

İnanaq və ümid edək ki, hökumət təcili olaraq sözügedən qəsəbədə insanların sağlamlığına ciddi təhlükə olan su təchizatını araşdıracaq, illərdir "Azərsu" sədri Qorxmaz Hüseynova qədər uzanan məlum "SU MAFİYASI" barədə ciddi tədbirlər görəcək...   
Osman Nərimanoğlu

Demokratik.Az-dan: "Qaldırılan köklü problemin həlli əslində çox asandır. "Azərsu" yaxşı olardı ki, artezian suyunun anbara verilişini dayandırıb qəsəbənin 1 kilometrliyindən keçən Göygöl magistral su xəttindən qəsəbəyə içməli su verilişini təmin etsin. Ya da insafa gəlib texniki suyu vətəndaşlara 60 qəpiyə deyil, öz qiymətinə - 30 qəpikdən satsın!

Demokratik.Az


Oxunub: 446






SON XƏBƏRLƏR

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim