reklam
USD
29 ℃
EUR
BAKI

Ən çox şikayət olan başçılar – Həbslər davam edirm edir

CANLI TV / 04.05.2021 23:28
Ən çox şikayət olan başçılar – Həbslər davam edir


Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun həbsi "kiçik padşah”larla bağlı problemi yenidən aktuallaşdırdı. Azərbaycanın əksər regionları üçün xarakterik olan problemlərin həll olunmaması ölkədə icra başçılarına qarşı xüsusi antipatiya yaradıb. Buna görə də "qara maskalı oğlan”ı öz rayonlarında görmək istəyən vətəndaşların sayı sürətlə artmaqdadır.

Rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizədə icra başçılarının həbsi hər dəfə xüsusi ajioataja səbəb olur. Bunun başlıca səbəbi həmin şəxslərin fəaliyyətində qeydə alınan çoxsaylı nöqsanlar, qanun pozuntuları və inanılmaz korrupsiya halları olsa da, əhalini qıcıqlandıran başqa bir məqam da bu adamların sahib olduqları varidatın gözqamaşdıran siyahısıdır. Regionlarda yaşayan əhalinin sürətlə kasıbladığı, "işsizlər ordusu”nun bir tikə çörəyə möhtac qaldığı bir vaxtda ərəb şahzadələrinə xas dəbdəbəli həyat yaşamaları icra başçılarını hədəf taxtasına çıxarıb. Hazırda sosial şəbəkəyə hakim olan çoxluq bu sual ətrafında gəzişmələr edir: Hədəfdə kimlərdir? Cəmiyyət yaxın vaxtlarda daha hansı səs-küylü həbslərə şahidlik edə bilər?

Həbslərin coğrafiyası göstərir ki, DTX sosial narazılığın daha çox tüğyan etdiyi rayonlara "baş çəkir”. Biz bunu ötən həftə gerçəkləşən "Şəmkir hadisələri”ndə də gördük. Alimpaşa Məmmədovun fəaliyyəti həqiqətən siyasi hakimiyyət üçün başqağrısına çevrilmişdi. Rüşvəti gizlin deyil, aşkar, hətta öz kabinetində alması, yerli iş adamlarına divan tutması, şəhərdəki tikinti üçün yararlı olan bütün torpaqları satması, nəhayət, əhalinin aztəminatlı təbəqəsinin problemlərinə soyuq yanaşması Alimpaşa Məmmədovun həbsini qaçılmaz etmişdi. Hazırda məhbus həyatı yaşayan keçmiş həmkarları kimi o da taleyindən qaça bilmədi.

İcra başçılarıyla bağlı sosial şəbəkələrdə aparılan müzakirələrin təhlili hədəfdə Tərtərin icra başçısı Müstəqim Məmmədovun olduğunu söyləməyə əsas verir. Vətən Müharibəsi zamanı evləri dağıdılmış vətəndaşlara ödənilən konpensasiya göz dikməsiylə bağlı iddialar Məmmədovu "arzuolunmaz şəxs”ə çevirib. Yerli əhalinin sosial şəbəkələrdə yazdıqlarna əsaslanaraq deyə bilərik ki, DTX-nın yolunu bu rayondan salacağı tarix bir o qədər də uzaqda deyil. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin timsalında əsas hamisindən məhrum olması onunla bağlı həbs qərarını daha da sürətləndirə bilər.

Mətbuatda yer alan tənqidi məqalələrin sayının artması, adının sosial şəbəkələrdə tez-tez hallanması Göyçayın icra başçısı Mehdi Səlimzadənin də "yetişdiyini” göstərir. Göyçay KİV-lərin ən çox yer ayırdığı rayonların siyahısında öndə gəlir. Bu rayonda yaşayan əhalinin çoxsaylı problemlərdən şikayətçi olması, Prezident Administrasiyasına analoji mövzuda daxil olan məktubların sayının artması vəziyyətin ciddiliyindən xəbər verir. Mehdi Səlimzadənin hətta həmkarı Müstəqim Məmmədovu "qabaqlayacağı” da istisna olunmur.

Bakının rayonlarına rəhbərlik edən şəxslərin hələki öz vəzifələrini qoruması heç də bu şəxslərin "mələk” olduğu mənasına gəlmir. Mətbuatın "gözü” paytaxt rayonlarının icra başçıarının üstündə olsa da, onların fəaliyyətində də vaxtaşırı ciddi nöqsanlar aşkarlanır. Artıq bu problemlər rəsmi şəxslər tərəfindən də dilə gətirilir. Bakının ən stajlı icra başçılarından olan Adil Vəliyevin paytaxt meri Eldar Əzizov tərəfindən tənqid olunması birinci üçün heç də yaxşı perspektiv vəd etmir. Sabunçu rayonu üçün xarakterik olan sosial problemlərin uzun illərdən bəri həll olunmaması icra başçısı Adil Vəliyevin "içəri”yə gedən yolunu xeyli qısaldır.

Ölkədə rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizənin əvvəlki qaydada davam edəcəyi təqdirdə məhbus həyatı yaşamağa məcbur qalan vəzifəli şəxslərin siyahısında sürpriz adlar da ola bilər. Əhalinin narazı olduğu icra başçılarının siyahısında Taleh Qaraşovun da adı var. 2012-ci ildən Lənkəranın icra başçısı vəzifəsində çalışan Qaraşov yerli əhali tərəfindən heç də qayğıkeş rəhbər kimi xarakterizə olunmur. 25 illik başçı stajına malik olan Taleh Qaraşovun rəhbərlik etdiyi rayonda çoxsaylı sosial problemlərin həllinə biganə yanaşması, şəhid ailələrin və qazilərin qayğısına qalmaması, təyinatlar zamanı şəxsi münasibətləri, tanışlığı və digər xoşagəlməz faktorları əsas götürməsi onun vəzifəli şəxslərin sırasında uzun müddət duruş gətirməyəcəyini göstərir. Cənab Qaraşovun hədəfdən yayınıb-yayına bilməyəcəyini isə zaman göstərəcək...


Oxunub: 464






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim