reklam
USD
2 ℃
EUR
BAKI

Bakı Sağlamlıq Mərkəzi 19 milyon 683 min manatı necə “əridib”?

CANLI TV / 05.05.2021 00:51
Bakı Sağlamlıq Mərkəzi 19 milyon 683 min manatı necə "əridib”?



"Prezident İlham Əliyev 2014-cü il yanvarın 7-də Bakı Sağlamlıq Mərkəzinin açılışını etdi.

Büdcədən ayrılan vəsait hesabına Mərkəzin inşasına 2010-ci ildə başlanıb. İşlər yarımçıq qalmasın deyə, 2011-ci il iyulun 9-da Prezidentin ehtiyat fondundan əlavə olaraq 5 mln. manat ayrıldı. Prezident sonra 18 oktyabr 2017-ci ildə növbəti fərmanla Bakı Sağlamlıq Mərkəzinin nəznində Publik Hüquqi Şəxs yaratdı ki, öz xərcini ödəyə bilsin, qazancla çalışmağa başlasın, büdcəyə yük olmaqdan qurtulsun. Lakin mərkəz hər il zərər edib”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert mərkəzin 4 il ərzindəki fəaliyyətini diqqətə çatdırıb:

"Bakı Sağlamlıq Mərkəzi 2020-ci ili 6 milyon 724 min manat xalis zərər ilə başa vurub. Bildirim ki, mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərər ilə bağlayıb,beləliklə, ötən il mərkəzin zərəri artıb. Publik şəxs etdilər ki, mərkəz gəlirlə işləsin, amma hər ili xalis zərərlə başa vurub. Bu bir kənara, 2017-ci ildə Publik Hüquqi Şəxsə çevriləndə qurumun nizamnamə kapitalı 75 mln. 714 min manat idi, 2020-ci ilin sonuna isə nizamnamə kapitalı azalaraq 56 mln. 30 min manat təşkil edib, yəni bu illər ərzində nizamnamə kapitalı 19 mln. 683 min manat "əriyib”.

Natiq Cəfərli qeyd edib ki, ölkədə dövlət-məmur "kapitalizmi” mövcuddur:

"Bütün layihələr gələcəkdə gəlirlə işləməyə deyil də, təmir-tikinti zamanı büdcəni "sökməyə”, avadanlıq alarkən büdcəni "sağmağa”, işlədərkən isə xərcləri şişirdərək "ziyanla” işlədiyini göstərib həm pul mənimsəməyə, həm də vergidən yayınmağa hesablanıb. Digər sahələrlə yanaşı səhiyyə kimi strateji, sosial məsələdə də eyni yanaşmanın olması hakimiyyət üçün utancvericidır.

Dövlət-hökumət iqtisadiyyatda ən pis menecerdir, dünyada da belədir, sadəcə bizdə o qədər eybəcər məmur-korrupsiya sistemidir ki, bütün yaxşı ideyaları da batırırlar. Dövlət iqtisadiyyatda birbaşa oyunçu olmamalı, ən yaxşı halda "startup” rolunu oynamalıdır”.


Oxunub: 419






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim