reklam
USD
7 ℃
EUR
BAKI

Co Bayden Azərbaycan üçün sürprizlər hazırlayıb - ŞƏRH

XƏBƏR / 10.05.2021 23:16
Co Bayden Azərbaycan üçün sürprizlər hazırlayıb - ŞƏRH


Dünən ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden və vitse-prezident Kamala Harris təntənəli and içmə mərasimindən sonra rəsmi olaraq vəzifələrinə başlayıblar. ABŞ-ın 45-ci prezidenti Donald Tramp "bu və ya digər şəkildə geri dönəcəyini” bəyan edərək Ağ Evi tərk edib. Beləcə, ABŞ-ın siyasi həyatında Co Bayden dönəmi başlayıb. Lakin Baydenin çıxdığı yolu sona qədər yüyürəcəyi sual altındadır. Çünki onun 79 yaşı var. Doğrudur, yaşına görə qıvraq görünür. Amma yaş öz sözünü deyir. Nə isə…

Bütün hallarda gözlər Vaşinqtona dikilib. Çünki hələ dünyanın gündəmi az və çox dərəcədə burda yazılır. Doğrudur, ABŞ 15-20 il əvvəlki dövlət deyil. Dünyaya təsir imknları xeyli zəifləyib. Üstəlik, bu gün ABŞ-ın borcları ÜDM-ni 1.5 trilyon dollar üstələyir.

Ümumilikdə, Amerikanın xarici və daxili borcları 23 trilyon dollara yaxınlaşır. Bununla belə ABŞ-ın iqtisadi cəhətdən çökdüyünü demək hələ tezdir. Çünki Vaşinqtonu ayaqda saxlayan onun dönərli valyutasıdır. Hazırda dünya dövlətlərinin valyuta ehtiyatlarının 70 faizdən çoxu dollarla qorunub saxlanılır. Bu isə o deməkdir ki, dünya iqtisadiyyatının 70 faizinə nəzarət imkanı bu və ya digər şəkildə ABŞ-ın təsir dairəsindədir. Bundan əlavə ABŞ ÜDM-nin həcminə görə dünya liderliyini sürdürməkdə davam edir. Çin və Yaponiya nə qədər çalışsa da, hələlik bu sahədə liderliyi ABŞ-ın əlindən ala bilməyib.

Üstəlik, ABŞ hərbi və siyasi təsirinə görə də dünyada liderdir. Dünyanın ən böyük hərbi bloku-NATO bir növ Pentaqonun bir şöbəsidir. Siyasi təsirlərə gəldikdə isə hələ ki, dünyanın siyasi gündəmi Ağ evdə yazılır. Ona görə də ABŞ-ın yeni siyasi rəhbərlə yaxın 4-5 ildə hansı hədəflər müəyyən edəcəyi hər bir dövlət kimi Azərbaycan üçün də maraqlıdır. Və bəri başdan deyim ki, ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində elə bir dəyişiklik gözlənilmir.

Əvvəla, ona görə ki, Cənubi Qafqaz məsələsi ABŞ-ın prioritetləri arasında yoxdur. Amma müəyyən məsələlərdə Azərbaycan ABŞ üçün maraqlı tərəfdir.

İkincisi, Cənubi Qafqazda baş verən proseslər, xüsusilə də Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ probleminin sona çatması ABŞ-ın maraqları çərçivəsində həll edildi. Ola bilsin ki, fikrimə kimsə etiraz etsin. Desin ki, elə idisə ABŞ ATƏT Minsk qrupunun həmsədri kimi son 25 ildə bu problemi niyə çözmürdü? Cavab veririəm: Ona görə ki, Minsk qrupunun həmsədr ölkələrindən biri də Rusiya idi. Vaşinqton heç zaman Rusiya ilə hansısa problemin həllində konsensusa gəlməyib. Daha doğrusu, gəlmək istəməyib. Son, 20 ildə İraqda da, Liviyada da, Misirdə də, Suriyada da bunu gördük. Bu əslində, ABŞ-Rusiya münasibətlərindən qaynaqlanan məsələ idi. Bu barədə bir qədər sonra.

Üçüncüsü, münaqişənin Azərbaycanın xeyrinə həll edilməsi ABŞ-ın indiki və perspektiv planları üçün sərfəlidir. Çünki Azərbaycan gücləndikcə Rusiyanın təsir imkanlarından uzaqlaşacaq. ABŞ əzəli rəqibinin sərhədində anti-Rusiya əhval-ruhiyyəli bir ölkə ilə məmnuniyyətlə əməkdaşlıq etməyi cox istəyir. Hələ bura İranı da əlavə etsək, onda Azərbaycan ABŞ üçün strateji tərəfdaş səviyyəsinə qədər yüksəlir.

Dördüncüsü, Azərbaycanda siyasi-iqtisadi sabitlik və hərbi təhlükəsizlik ABŞ üçün əlavə imkanlar açır. Əslində, Avropa-Asiya dəhzilində Azərbaycanın körpu olması ABŞ-ın böyük planlarına cavab verir. Bu layihənin ilk təşəbbüskarı da 1996-cı ildə Vaşinqton olmuşdu. ABŞ istəyir ki, həm Rusiyanın, həm də İranın Avropaya, ümumilkdə isə regiona təsirini sıfıra endirsin. Bu işdə ona ən yaxşı köməkçi Azərbaycandır. Çünki Azərbaycandan keçən yük və enerji daşıyıcı xəttlərinin marşrutu da Ağ evə sərf edir. Belə ki, bu hesaba Avropaya və ABŞ-a sığınmış Gürcüstanın iqtisadi müstəqilliyinə təminat yaranır. Türkiyə isə bütün mübahisələrə rəğmən ABŞ üçün yaxın tərəfdaşdır.

Ona görə də Co Bayden iqtidarının siyasi kursunda Azərbaycana qarşı hansısa radikal dəyişiklik gözləmək yersizdi. Nəzərə alaq ki, böyük dövlətlərin xarici siyasətini prezidentlər müəyyən etmir. O cümlədən ABŞ-ın da. Co Bayden Ağ evin xarici siyasətində radikal dəyişişiklik etməyəcək. Olsa-olsa kardinal dəyişiklik olacaq. O da baxır hansı məsələlərdə. Doğrudur, Co Bayden ilk gündən Ağ evdə bir neçə erməniyə kreslo verib. Amma bu da heç nəyi dəyişdirməyəcək. Olsa-olsa hansısa məsələdə ermənilərin mövqeyi sözdə müdafiə ediləcək. Və yaxud, Ermənistana iqtisadi yardımın həcmi bir qədər artacaq. Vəssəlam.

Yenə deyirəm ABŞ kimi böyük və dərin dövlətlərdə prezident heç də böyük söz və səlahiyyət sahibi olmurlar. Çünki prezidentlər gəldi-gedərdir, amma dövlət əbədidir. El arasında belə bir ifadə var: "ABŞ-da prezidenti çay qırağında seçirlər”. Yəni dərin dövlət üzvləri çay kənarında balıq tuta-tuta ABŞ-ın gələcək prezidentini müəyyən edirlər.

Və artıq dünən Vaşinqtondan dünyaya ilk ismarıclar verildi. ABŞ-ın əvvəllər olduğu kimi əsas hədəfi Çin və Rusiyadır. Çin ona görə ki, bu ölkə dünyada öz iqtisadiyyatını hörümçək toru kimi hörməkdə davam edir. Tək bir faktı deyim. Yaxın 7-8 ildə Afrika qitəsində Çin 700 milyard dollar sərmayə yatırmağı planlaşdırır. ABŞ-ın xarici borclarının 15-faizdən çoxu Çinin payına düşür. Rusiyaya gəldikdə isə, bütün sivilizasiya, o cümlədən ABŞ Rusiyanı şər qüvvə gözündə görür. Üstəlik, Rusiya da dünyanın hegemon dövləti olmaq iddiasını hələ də sürdürür. Bu isə bir çox dövlətlər kimi ABŞ-ı da narahat edir.

İrana gəldikdə, əvvəlki siyasət davam etdiriləcək. Hər zamankı kimi, ABŞ İranla siçan-pişik oyunu oynamaqda davam edəcək.

Türkiyəyə gəldikdə, onu deyərəm ki, bütün anlaşılmazlıqlara baxmayaraq Ankara Vaşinqtonun NATO üzvü olaraq əsas strateji tərəfdaşı olaraq qalacaq. Əksinə münasibətlər bir qədər də istiləşəcək. Bu məsələdə Böyük Britaniyanın da ABŞ-a müəyyən təsiri olacaq. Ağ ev çalışacaq ki, yaxın illərdə Türkiyə nəinki Qafqazda möhkəmlənsin, eyni zamanda Orta Asiya və Qazaxıstanda nüfuzunu artırsın.

Hadisələrin bu cür inkişafı isə tamamilə Azərbaycanının maraqlarına uyğundur.


Oxunub: 339






SON XƏBƏRLƏR

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim