reklam
USD
16 ℃
EUR
BAKI

Rövşən Rzayevin milyonları udan “müasir tikintilər”i - şübhəli tender

REPORTAJ / 19.05.2021 23:24
Rövşən Rzayevin milyonları udan "müasir tikintilər”i - şübhəli tender


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri işləri üçün elan etdiyi tenderin qalibini açıqlayıb. 

"carciTV" xəbər verir ki, qalib şirkət "Müasir Tikintilər” MMC-dir. Qurum şirkətin Sabirabadda görəcəyi işlərə görə 289 299.99 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Müasir Tikintilər” MMC-nin 25 fevral 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Landau küçəsi, məhəllə 546, mənzil 118-də yeləşir. MMC-nin qanuni təmsilçisi isə Tusi İlkin Tusi oğludur. 

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə məlumatlar məhduddur. 11 ildir fəaliyyət göstərən "Müasir Tikintilər” MMC-nin və onun qanuni təmsilçisi haqqında, demək olar ki, heç bir məlumatın olmaması şübhəli görünür.

Araşdırmalarımız zamanı məlum olub ki, bu şirkət əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və onun alt qurumlarının elan etdiyi tenderlərin qalibi olur.

Təkcə 2019-2020-ci illərdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və "Qaçqınkom”un Mənzil İstismar Depratamenti "Müasir Tikililər” MMC ilə ümumi maliyyə dəyəri 13 573 766.26 AZN təşkil edən 5 müqavilə imzalayıb:  

1.Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 245 ailəlik Qarakeçdi qəsəbəsində 56 ədəd fərdi yaşayış evlərinin tikintisi – 4 204 046.04 AZN

2.Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 44 №-li yaşayış binasının tikintisi – 3 091 887.24 AZN

3.Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 43 №-li yaşayış binasının tikintisi – 2 835 314.84 AZN

4.Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri – 297 100.05 AZN

5.Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 1 №-li yaşayış binasının tikintisi – 3 245 418.09 AZN.

"Qaçqınkom”un iri layihələri 11 il fəaliyyət göstərməsinə baxmayaraq, tanınmayan bir şirkətə həvalə etməsi qurumun keçirdiyi tenderlərin şəffaflığını şübhə altına alır.


Oxunub: 353






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim