reklam
USD
25 ℃
EUR
BAKI

Putin Əliyevə və Paşinyana niyə zəng etdi, Rusiya Qarabağda nə istəyir?

RƏSMİ / 20.05.2021 09:20
Putin Əliyevə və Paşinyana niyə zəng etdi, Rusiya Qarabağda nə istəyir?


Putin İlham Əliyevə, ardınca Paşinyana zəng edərək, sərhəd məsələsini müzakirə etdi. Hər iki tərəflə müzakirədə problemin siyasi-diplomatik yolla həllinin vacibliyi vurğulanıb. Bu zənglərdən iki nəticə çıxır:

Birincisi, Rusiya tərəf olmayacaq. Ermənistanın KTMT-ni prosesə qoşmaq və Moskvanı tərəf etmək cəhdləri baş tutmur. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclasından bir şey çıxmadı. Tokayevlə Əliyevin telefon söhbəti, Belarusla Azərbaycan arasında hərbi əməkdaşlıq planının imzalaması Bakının KTMT-də mövqelərinin İrəvandan daha güclü olduğunu göstərir. Təşkilatın baş katibi Stanislav Zasın bu gün "10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativinin olmadığını qeyd edirik” açıqlaması da Putinin sözlərinin təkrarı idi. Putinin Bakı və İrəvana "siyasi-diplomatik həll yolu” təklif etməsi Moskvanın tərəf olmayacağına dair son mövqeyinin çatdırılmasıdır.

İkincisi, tərəf olmayan Rusiya sərhəd mübahisəsi ilə Qarabağ müharibəsindən sonra Türkiyə ilə paylaşdığı və zəifləyən "vasitəçilik missiyasını” yeni formatda gücləndirdi. Putinin eyni gündə Əliyev və Paşinyanla danışması Qarabağla yanaşı, yeni bir məsələ üzərindən "vasitəçiliyinin” qeyri-rəsmi formada açıq elan edilməsidir.

Bu zəng bir informasiya fonunda xüsusilə diqqət çəkir və "niyə bu gün” sualını önə çıxarır.

Ermənistan mediası bu gün Tehrandan İrəvana 10 yüksək rütbəli İran hərbçisinin gəldiyini yazır. İran hərbçilərinin Ermənistana hərbi yardım təklifi ilə gəldiyi istisna deyil. Tehran üçün Rusiyadan və KTMT-dən dəstək ala bilməyən Ermənistana kömək etmək bölgədə mövqelərini gücləndirmək baxımından yaxşı fürsətdir. Tehran Paşinyanı bölgədə Bakıya qarşı mübarizədə İrəvana kömək edəcək yeganə gücün İran olduğuna inandırmaq istəyir. Qarabağ müharibəsindən sonra İranın bölgədə həm də "çirkli pulların” yuyulması mexanizminə ziddi zərər dəyib və Tehran bütün vasitələrlə itirdiklərini bərpa etməyə çalışır.

İran zabitlərinin Ermənistana kömək təklifi apardığı gün Putinin Bakı və İrəvana zəngi bölgədə "hakim” missiyasının yalnız Rusiyaya məxsus olduğunu çatdırmaq idi, xüsusilə Paşinyanın diqqətinə.


Oxunub: 310






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim