reklam
USD
29 ℃
EUR
BAKI

“Zəngəzur dəhlizini sülh yolu ilə vermirlər, zorla alacağıq”: Genişmiqyaslı hərbi təlimlər

XƏBƏR / 20.05.2021 09:30
"Zəngəzur dəhlizini sülh yolu ilə vermirlər, zorla alacağıq”: Genişmiqyaslı hərbi təlimlər


"carciTV" xəbər verir ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Ermənistan hərbi siyasi rəhbərliyinin təxribatçı açıqlamaları isə Azərbaycanda hərbi təlimlərin başlaması ərəfəsində verilir.

Azərbaycanda müxtəlif təyinatlı qoşunların birlik və hissələrinin iştirak edəcəyi hərbi təlimlər başlayıb. Təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Yayımlanan videolarda şəxsi heyət və texnika hərbi təlim sahələrinə daşınır. Bundan başqa 17-20 may tarixlərində Naxçıvanda üç günlük komanda-qərargah təlimi keçiriləcək. Hərbi təlimlər mayın 20-dək davam edəcək. Azərbaycan Hərbi Hava Qüvvələri də təlim uçuşları həyata keçirməyə başlayıb.

Bazar günü müxtəlif bölmələrin hərbi təlim sahələrinə necə daşındığı barədə video və fotolar yayımlanıb. Hərbi təyyarələr və helikopterlər ehtiyat hava limanlarına aparılıb, tanklar və artilleriya sistemləri mövqe tutub.

Yayımlanan məlumatlar üç günlük hərbi təlimlərin olduqca genişmiqyaslı olduğunu göstərir. Təlimlərdə əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcəyi qeyd edilir. Hərbi təlimlər zamanı qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra ediləcək.

Yeri gəlmişkən, Naxçıvanda da üç günlük komanda qərargahı hərbi təlimləri keçiriləcək, müxtəlif qoşun növü bölmələri cəlb ediləcək.

Müdafiə Nazirliyinin bu güc nümayişi ilə yanaşı, Xarici İşlər Nazirliyi Ermənistanla sərhəd vəziyyətinin yeganə düzgün həll yolunun delimitasiya prosesinə başlamaq və sərhədlərin müəyyənləşdirilməsinin olduğunu açıqlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ötən gün jurnalistlərə verdiyi açıqlamasında Ermənistanla sərhəd gərginliyinin tərəflər arasındakı konstruktiv dialoqa əsaslanan ikitərəfli təmaslar yolu ilə həll edilməli olduğunu bildirib. O qeyd edib ki, üçüncü ölkələr, Ermənistanın suveren ərazisi ilə bağlı narahatlıqlarını bildirməməlidirlər. Mətbuat katibi müvafiq ölkələrə Ermənistanın suveren ərazisi haqqında danışmadan əvvəl 2020-ci ilin noyabr ayınadək Azərbaycan ərazilərinin işğal edildiyini və mövcud sərhəd gərginliyinin bunun nəticəsi olduğunu xatırladıb.

Açıqlamada qeyd olunur ki, çətin dağ relyefi quruluşuna və iqlim şətaitinə malik olan Qaragöl ətrafında Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşə bilməmişdilər. İndi bu proses Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün adi rejimdə və sistematik qaydada icra edilir.

Prezident İlham Əliyev isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstanın Prezidenti Kasim-Comart Tokayevlə telefon danışığı aparıb. Prezident Tokayevə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Dövlət başçısı həmkarının diqqətinə çatıdırıb ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir.

"Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir”, - deyə İlham Əliyev bildirib.

Göründüyü kimi Azərbaycan həm diplomatik cəbhədə, həm də hərbi təlimlərdə razılaşmada nəzərdə tutulmuş dəhlizləri əldə etməyə çalışır.

Bu fəaliyyətlər Prezident İlham Əliyevin bir neçə həftə öncə verdiyi açıqlama fonunda baş tutur. Dövlət başçısı Azərbaycan dövlət televiziyasına verdiyi müsahibəsində belə demişdi: "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.


Oxunub: 349






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim