reklam
USD
23 ℃
EUR
BAKI

Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib

RƏSMİ / 30.05.2021 00:43
Bakı Metropoliteninin "8 Noyabr” stansiyası istifadəyə verilib
Prezident İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub 


Mayın 29-da Bakı Metropoliteninin "8 Noyabr” stansiyası istifadəyə verilib.

"carciTV" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, "Bənövşəyi” xəttin 3-cü stansiyası Nəsimi rayonunda yerləşir. Stansiya ərazinin yeraltı nəqliyyat vasitəsilə şəhərin mərkəzi və paytaxtın digər rayonları ilə birləşdirilməsində xüsusi rol oynayır.

Üçsəviyyəli quruluşa malik stansiyanın giriş və müvafiq keçid-nəzarət sahəsi üst mərtəbəyə aiddir. Texniki xarakterli ikinci səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər xidməti sahələrə aid avadanlıqlar yerləşir. Buradan sərnişinlər eskalatorlar və pilləkənlə vestibülə, oradan da platformaya enirlər. Bununla da sərnişinlərin rahatlıq və təhlükəsizliyi maksimum şəkildə təmin edilir. Hərəkətin optimal təşkili ilə vaxta qənaət edilməsi isə vətəndaş məmnunluğuna hesablanan əsas amillərdən biridir.

Metropolitenin bu stansiyasının tikintisi zamanı həssas kateqoriyadan olan vətəndaşlarımızın çətinlik çəkməməsi üçün hər cür şərait yaradılıb. Stansiyanın inşasında yeni növ inşaat üsullarından geniş istifadə edilib. Belə ki, stansiyada fövqəladə hallara qarşı enerji təminatının ən optimal və təhlükəsiz sistemlərlə təmin edilməsi, digər xətlərdə olan sistemlə müqayisədə burada SCADA dispetçer idarəetməsi, məlumatların toplanması və qatarların hərəkət prosesinin vizual izlənməsini təmin edən ən müasir kompleksin tətbiqi xüsusi yeniliklər sırasındadır.

Bakı şəhərinin sürətlə inkişaf etməsi və meqapolisə çevrilməsi reallığında yeni xətlərin yeddi vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulması isə yeniliklərin davamıdır. Bu özünəməxsusluqlarla metronun "Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18,5 kilometr olaraq Xocasən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - "Memar Əcəmi”–"8 Noyabr” istiqaməti şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulur.

Qeyd edək ki, dövlətimizin başçısının göstərişinə əsasən, Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə "8 Noyabr” adının verilməsi respublika ərazisində həyata keçirilən bütün layihələrə postmünaqişə reallıqlarına uyğun – yəni, Qələbə və Həmrəylik ruhundan yanaşıldığını göstərir.

İkinci Qarabağ müharibəsindəki Zəfərimizin tərənnümü olan bu stansiya sosial-iqtisadi, infrastruktur əhəmiyyəti ilə yanaşı, həm də mənəvi komponentləri özündə ehtiva edir. Çünki bir zamanlar metronun "20 Yanvar” stansiyasından "Azadlıq” stansiyasına gedən yolda tarixən yaşadığımız iztirabları, məşəqqətli günləri xatırlayırdıqsa, indi "8 Noyabr” stansiyasında bu keşməkeşli yolun xoşbəxt sonluğuna, "Dəmir yumruğun” gətirdiyi Qələbə müjdəsinə şahidlik edəcəyik.


Oxunub: 321






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim