reklam
USD
26 ℃
EUR
BAKI

Azərbaycan Fransaya “STOP” qoyub: Paris hikkəsində boğulur - TƏHLİL

CANLI TV / 03.06.2021 01:27
Azərbaycan Fransaya "STOP” qoyub: Paris hikkəsində boğulur - TƏHLİL



Azərbaycanın Ermənistanla sərhədlərini müəyyənləşdirməsi, Türkiyənin Cənubi Qafqazdakı mövqelərinin güclənməsi Parisin ağrılarını çoxaldır.

"carciTV" xəbər verir ki, Fransanın bu ağrıları Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra üzə çıxmışdı, indi isə Paris siyasi qısanclıqlarını öz hikkəsində boğularaq sistemli şəkildə qələmə verir.

Necə də qəribədir! 30 illik işğal müddətində ATƏT-in Minsk Qrupunun həmsədri kimi bir dəfə də nəticə əsaslı addım atma, İrəvanın mənafelərinə uyğun bəyanatlar ver, Bakı isə müharibədə zəfər çaldıqdan sonra aşkar şəkildə erməni təxribatlarını malalamağa çalış.

Fransa indi Azərbaycandan istədiyini ala bilmir, daha doğrusu Bakı demokratiya qiyafəsi altından görünən "silahları” regiona buraxmaq istəmir.

Bu zamana qədər Ermənistanın işğal siyasətinə göz yuman Fransa heç olmazsa, postmünaqişə periodunda özünü göstərmək istəyir. Lakin Fransa postmüharibə dövründə regiona oyunçu olaraq rol ala bilmir və bu, Parisi daha da qəzəbləndirir.

Fransa indi də Azərbaycan-Ermənistan sərhədindəki delimitasiya və demarkasiya prosesindən dərin narahatlıq keçirir və guya yaranan gərginliyin yatırdılması üçün "həll reseptləri” verir.

İyunun 1-də Fransa Prezidenti Emmanuel Makron Parisdə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşündə deyib ki, Fransa sülhün bərpasına və Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına yardım edəcək.

Onun sözlərinə görə, Paris ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, ABŞ və Rusiya ilə birlikdə, o cümlədən tərəflər arasında birbaşa dialoqun bərpası və gərginliyin aradan qalxması üçün əlindən gələn hər şeyi etmək niyyətindədir.

Həmçinin qeyd edib ki, sərhədlərin müəyyənləşməsi prosesi yalnız danışıqlar yolu ilə və güc tətbiq etmədən həyata keçirilməlidir.

O, Azərbaycan Ordusunun Ermənistan ərazisini tərk etmək üçün tələbqarışıq çağırış edib.

Görünür Makron ya həmin ərazilərin Azərbaycan sərhədləri daxilində olduğunu bilmir, ya da qəsdən emosiyaları qızışdıran bəyanat səsləndirir.

Cənab Makronun sülh çağırışları ilə axırıncı dediyi arasında ziddiyyətlər var.

Axı sərhədlərin delimitasiya və demarkasiyası yalnız prosedurlar çərçivəsində aparılır, Azərbaycan torpaq iddiası ilə çıxış etmir.

Azərbaycan regiondakı açılım proseslərində əsas oyunçuları görmək istəyir - lakin konstruktiv mövqedə olanları.

Fransa isə qeyri-konstrukiv yanaşma ortaya qoyduğundan Bakı Parisə "stop” qoyub.

Azərbaycan Xarici İşlər Nazirliyi Makronun bəyanatına cavab olaraq bildirib ki, Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar və bu məsələdə Fransanın hər hansı rolunu görmür.

Nəticə olaraq deyə bilərik:

1. Fransa Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinə Parisin rənglərini qatmaq istəyir.

2. Paris təxribat dolu bəyanatların sayını artırdıqca, adekvat cavablar da çoxalacaq.

3. Rusiya da, ABŞ da sərhədlərin müəyyənləşməsinə qarşı çıxmır və prosesə dəstək verir. Fransa isə kənarda qaldığından (səbəblərini yazdıq) problem axtarışlarına çıxır.

Görünür, Fransanın bu məsələdə ABŞ və Rusiya ilə mövqelərini balanslaşdıra bilmir.

4. Fransa qərəzli mövqeyindən əl çəksə, Azərbaycan ona da "yaşıl işıq” yandıra bilər.



Oxunub: 408






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim