reklam
USD
17 ℃
EUR
BAKI

“Yaşat” Marafonunu 10 milyondan çox şəxs izləyib

NƏŞR / 03.06.2021 01:46

"Yaşat” Marafonunu 10 milyondan çox şəxs izləyib



"Yaşat” Xeyriyyə Marafonu Azərbaycan diasporunun fəaliyyəti dövründə ilk və ən genişmiqyaslı aksiya kimi tarixə düşdü. Qonşu Türkiyə və Rusiyadan Baham adaları, Kolumbiya, Braziliya, Ekvadora qədər geniş bir coğrafiyanı əhatə edən marafonda - planetin 5 qitəsinin 63 ölkəsində yaşayan soydaşlarımız, həmvətənlərimiz, Azərbaycanı sevən - özlərinə dost bilən insanlar marafona qoşularaq həm ianə edib, həm də nəcib xeyriyyə aksiyasını təbliğ ediblər. Aksiyaya çağırış edənlər arasında azərbaycanlılarla bərabər İsrail, Pakistan, ABŞ, Türkiyə, Banqladeş və İtaliyadan olan dostlar da aktiv iştirak edib, 10-a yaxın ölkənin mediasında marafonla bağlı 50-dən çox yazı dərc olunub. Yerli mediada 100-ə yaxın saytda, 10 televiziya kanalında və radioda materiallar yayımlanıb. Eyni zamanda, Bakı şəhərinin 40-a yaxın nöqtəsində reklam lövhələri yerləşdirilib, sosial mediada minlərlə paylaşım olub. Ümumilikdə isə marafonla bağlı informasiyalar orta hesabla 10 milyondan çox insana çatıb və ya bu nəcib təşəbbüs izlənilib. Belə layihələrin unikallığının digər səbəbi ondan ibarətdir ki, Azərbaycana diqqət artır, respublikamız haqda məlumatlılıq çoxalır, təbliğat və təşviqatına təsir edir. Bu da bir ölkə üçün ən ideal piar hesab oluna bilər.
Bu Marafon özü-özlüyündə milli həmrəylik baxımından, əhəmiyyət və nüfuz nöqteyi-nəzərindən yeni reytinqdir.
Marafon ilə bağlı tanınmış azərbaycanlılar və əcnəbilər çağırış edərək bu nəcib missiyaya səsləmişlər. Bunlar sırasında, Fransada yaşayan soydaşımız məşhur rəssam Reza Deqhati, Danimarkada yaşayan nüfuzlu alim Məsud Aşina, Almaniyada yaşayan rəssam Əşrəf Heybətov, Türkiyədə yaşayan kinoçu Cahangir Novruzov və başqalarının adlarını sadalamaq mümkündür.
Eləcə də ABŞ-dan
siyasi analitik, insan haqları müdafiəçisi,Timberwolf şirkətinin vitse prezidenti
İrina Tsukerman, İtaliyadan
Avropa Parlamentinin keçmiş siyasi müşaviri Rino Trombetta, Türkiyədən İslam dövlətlərindəki Ravvinlərin ittifaqının sədri Mendi Çitrik, Pakistandan İslamabad Qlobal və Strateji araşdırmalar mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm,
BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə fəalı Qaiser Navabın, Banqaledeşdən
Vəkil, Banqladeş Beynəlxalq Cinayətlər məhkəməsinin keçmiş prokuroru Barrister Dr. Tureen Afroz, İrlandiyadan irland tarixçi, siyasi analitik və professor Patrıck Walsh, İsrail Dövlət Opera Teatrının solisti Kamelia İoffe, bu ölkədə fəaliyyət göstərən Misgav-Ladach hospitalının icraçı direktoru Doktor Yişay Falik, Avropa Yahudiləri Assosiasiyasının sədri Ravvin Menakhem Marqolin və digər şəxslər çağırışa qoşulmuşlar.

Marafona ölkəmizdən dəstək verənlər içərisində xalq şairi Ramiz Rövşən, xalq yazıçısı Çingiz Abdullayev, görkəmli diplomat Ramiz Abutalıbov və bir sıra millət vəkilləri, ictimai xadimlər, incəsənət adamları olmuşdur.
Qeyd edək ki, bir ay ərzində 1 milyon manatdan artıq vəsait toplayan diaspor nümayəndələrimiz sırasında ən çox ianə edən ölkələr sırasına Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya və İsrail kimi ölkələr daxildir. Marafonda iştirak etməklə hər bir həmvətənimiz və bizimlə birgə olan şəxslər Vətən yolunda canlarından keçərək ailələrini bizə əmanət edən qəhrəman oğullarımızın ruhu qarşısında borcunu qismən də olsa yerinə yetirərək və minnətdarlığını ifadə edərək bu sarkal amala xidmət etmiş oldu.
Diasporla İş üzrə Dövlət Komitəsinin və YAŞAT Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən xeyriyyə marafonu Qarabağ üçün birliyimizi, həmrəyliyimiz gücləndirmək, dünyaya Azərbaycan xalqının varlığını, əzmkarlığını sübut etmək üçün mücadiləmizin tərkib hissəsi, Vətən üçün canından keçən oğullarımızın yadigarlarını unutmamaq işinə, sağlığını itirən qazilərimizi yaşatmaq kimi müqəddəs amala verilən töhfədir.
Bu xüsusda, flaqman olan "Yaşat” kimi marafonlar bizə gələcəyə birgə addımlamağı və gələcək nəsillərə örnək olmağımızı vəd edir.

Rahıb Kərimli, "Ad günü” jurnalının və "carci” İnternet televiziyasının baş redaktoru


Oxunub: 824






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim