reklam
USD
21 ℃
EUR
BAKI

Yasamal Bələdiyyəsində vətəndaş məmnunluğu əsas prioritet məsələdir

REPORTAJ / 29.06.2021 00:01
Yasamal Bələdiyyəsində vətəndaş məmnunluğu əsas prioritet məsələdir 


     Yasamal rayonunda formalaşdırılan yerli özünüidarəetmə orqanlarından biri də bələdiyyədir. Uzun illərdən bəri fəaliyyəti görünməyən, hər hansı ciddi layihələri icra etmək iqtidarında olmayan bələdiyyənin yeni seçkilərdən sonra formalaşan komandası əhali arasında bələdiyyə haqqında formalaşmış fikirləri dağıtmaq, bələdiyyənin nüfuzunun artması üçün qollarını hamılıqla çırmayıb işə başlayıblar. Bu gün hər kəs bələdiyyənin atdığı addımlardan danışır. Əvvəlki illərdə formalaşmış fikirlər artıq keçmişdə qalmaqdadır. Düşünmək olar ki, bu templə getsələr Yasamal bələdiyyəsi daha böyük uğurlara imza ata biləcəkdir.
     Azərbaycanda bələdiyyələrinin vergi sistemi qanunvericliyin verdiyi imkanlar hesabına həyata keçirilir. Əhalidən yığılan əmlak və torpaq vergiləri, sahibkarlardan yığılan ödənişlər büdcənin əsasını təşkil edir. Məhz maliyyəsizlik bələdiyyə tərəfindən əlavə layihələrinin icrasını sual altına alır. Bələdiyyədən öyrəndiyimiz məlumata görə, əsas xərc istiqaməti əhaliyə yardıma yönəlib. 2020-ci ildən başlayan pandemiya səbəbindən sosial cəhətdən aztəminatlı ailələrə pandemiyanın təsirinin azaldılması məqsədi ilə yardımlar edilmişdir. Daha sonra 44 günlük müharibədə bələdiyyənin müharibə iştirakçılarının ailələrinə etdiyi yardımlar yer alır. 2021-ci ildən başlayaraq pandemiyanın yumşaldılması səbəbindən büdcə gəlirlərinin də əsas istiqaməti Vətən müharibəsi qazilərinə, aztəminatlı ailələrə, təkvalideynli və ya valideynsiz uşaqlara, əlil, doğuşdan qüsurlu uşaqlara edilən yardımlara və əmək haqqına yönəldilib.
     Hazırda Yasamal bələdiyyəsində əsas prioritet məsələlərin önündə vətəndaş məmnunluğu dayanır. Bu cəhətdən istər bələdiyyə üzvləri, istərsə də əməkdaşlar ilk növbədə vətəndaş məmnunluğunun təmin edilməsinə, vətəndaş müraciətlərinin vaxtında baxılaraq cavab verilməsinə yönəlib. Bu sahədə müasir informasiya texnologiyalarından da istifadə etməyə üstünlük verilir. 
     Məlumdur ki, pandemiya dönəmində vətəndaşların qəbul qaydaları məhdudlaşmış, insanların evdən çıxışına müəyyən məhdudiyyətlər yaranmışdır. Bu səbəbdən vətəndaş müraciətləri "qaynar xətt” yaradılaraq mütəmadi qəbul olunmuş, "Facebook” sosial şəbəkəsi və zoom platforması üzərindən müraciətlər qəbul edilmiş, mütəmadi olaraq pandemiya dövründə qəsəbədə bələdiyyə üzvləri və qulluqçuları növbəli sistemlə maarifləndirmə işləri aparmış, tibbi ləvazimatlar paylanmış, əhalinin problemləri və narahatlıqları aradan qaldırılmışdır.
     30 ilə yaxındır torpaqlarımızın işğaldan azad edilməsi Vətənimiz dövlətimiz üçün böyük tarixi qələbədir. Şübhəsiz Vətən müharibəsi dövründə bələdiyyələrin də müstəsna xidmətləri olmuşdur. Yasamal Bələdiyyəsi hər zaman bələdiyyələrin fəaliyyətinin inkişaf istiqamətlərinin önündə şəhid ailələri və qazilərimizə yüksək mədəni xidmət dayanmışdır. 
     Yasamal Bələdiyyəsinin gələcək planlarının əsasını yerli sakinlərə daha yaxşı xidmət göstərmək, bələdiyyənin işinin səmərələliyinin artırılması, sakinlərin yerli özünüidarədə iştirakını təmin etmək, bələdiyyənin inkişaf potensialından istifadə edərək daha da böyük işləri həyata keçirməkdir.

P.S. Bu işlərdə Yasamal Bələdiyyəsinin rəhbərliyinə, üzv və qulluqçularına uğurlar arzulayırıq.

Rahib KƏRİMLİ


Oxunub: 474






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim